10:12 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Gert Vilders

Hollandiyalı irqçi liderdən daha bir qalmaqal

http://s1.dmcdn.net/efuv0/1280x720--Gb.jpg
DÜNYA
Qısa URL
1101

Qert Vilders: Bizə nifrət edirlər, bizi öldürürlər, bizi qoruyacaq kimsə yoxdur. Liderlərimiz bizə xəyanət edir

BAKI, 21 dek – Sputnik. Hollandiyada irqçi çıxışları ilə bilinən Azadlıq Partiyasının rəhbəri Qert Vilders twitter hesabında qalmaqallı status paylaşıb. Sputnik bu barədə Daily Mail-ə istinadən məlumat verir.

İrqçi lider, Almaniya kansleri Angela Merkelin əli-üzü qan içində bir fotosunu paylaşaraq, Berlində törədilən terror hücumuna görə Merkelin məsuliyyət daşıdığını bildirib.

Merkelin apardığı miqrant siyasətinə görə əlinin qana bulaşdığını qeyd edən Vilders, Almaniyanın paytaxtı Berlində 12 nəfərin həyatına son qoyan terror hücumuna görə kanslerin günahkar olduğunu deyib.

"Bizə nifrət edirlər, bizi öldürürlər, bizi qoruyacaq kimsə yoxdur. Liderlərimiz bizə xəyanət edir", — irqçi lider əlavə edib.

Əsas mövzular