Türk ordusu strateji ərazini ələ keçirdi

© REUTERS / Revolutionary Forces of Syria Media Office/HandoutTürk tankları Suriyada
Türk tankları Suriyada - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD-in 15 döyüşçüsü öldürülüb, terrorçuların 48 sığınacağı məhv edilib

BAKI, 21 dek — Sputnik. Türk ordusu bu gün səhər saatlarından etibarən Suriyanın Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu tam nəzarətə götürüb. Sputnik xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, yola tam nəzarət edilməsi ilə bağlı keçirilən əməliyyat nəticəsində İŞİD-in 15 döyüşçüsü öldürülüb, terrorçuların 48 sığınacağı da məhv edilib.

Qeyd edək ki, türk ordusu artıq 120 gündür ki, Suriyanın şimalında anti-terror əməliyyatı keçirir.

Xəbər lenti
0