20:11 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Ankaradı ABŞ səfirliyi

ABŞ Türkiyədəki bütün diplomatik nümayəndəliklərini bağladı

© AFP 2018 / ADEM ALTAN
DÜNYA
Qısa URL
6202 0 0

Birləşmiş Ştatların Ankaradakı səfirliyinin qarşısında atəş səsləri eşidilib

BAKI, 20 dek — Sputnik. Dünən gecə Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsdə qurban getməsindən sonra, ABŞ-ın bu ölkədəki səfirliyi qarşısında silah səsləri eşidilib. Sputnik İndependent-ə istinadən bildirir ki, Şahin S. adlı bir nəfər, Birləşmiş Ştatlar səfirliyinin qarşısına gələrək havaya 8-9 dəfə atəş açıb.

Atəş anında həmin şəxs "Allaha and olsun, bizimlə oyun oynamayın" deyə yüksək səslə bağırıb. Türk polisi Şahin. S-i yerindəcə həbs edərək polis bölməsinə aparıb.

Hadisədən dərhal sonra ABŞ Türkiyədəki səfirliyini müvəqqəti olaraq bağladığını açıqlayıb. Bundan başqa İstanbul və Adanadakı Amerika konsulluqları təhlükəsizlik səbəbilə qapadılıb. Bir neçə saat sonra açıqlama verən Birləşmiş Ştatlar səfirliyi viza görüşmələri üçün yeni vaxt təyin ediləcəyini bildirib.

Əlaqədar

Fətullah Gülən rus səfirin öldürülməsindən danışdı
Səfirin öldürülməsinin arxasında ABŞ dayanır? - Rəsmi açıqlama gəldi
Politoloq: Səfirin qətli ikitərəfli münasibətlərin inkişafına xələl gətirməməlidir
Azərbaycan XİN: "Günahkarların öz layiqli cəzalarını alacaqlarına əminik"
"Təxribatdır, oyuna getməməliyik"
Rusiya bu dəhşətli terroru cavabsız qoymayacaq
Teqlər:
konsulluq, Şahin S, səfirlik, ABŞ, Andrey Karlov, Ankara, Rusiya

Əsas mövzular