Bundan sonra ölüləri dəfn etməyəcəklər

© Sputnik / Murad OrujovYasamal qəbiristanlığı
Yasamal qəbiristanlığı - Sputnik Azərbaycan
Abunə olmaq
20 il sonra meqapolislərdə ölüləri dəfn etmək mümkün olmayacaq

BAKI, 19 dek — Sputnik. Alimlər bəyan ediblər ki, insanın mövcud olduğu tarix boyu Yer kürəsində 100,8 milyard insan ölüb. Bununla yanaşı, hər il ölüm sayı 0,8 faiz artır.

Bakının Kürdəxanı qəsəbəsindəki qəbiristanlığın bir hissəsi gölün içindədir - Sputnik Azərbaycan
FOTO
Azərbaycanda bu da varmış – gölün içində qəbiristanlıq

Mütəxəssislərin sözlərinə görə, bu qədər insanın dəfn olunması meqapolislər üçün problem yaradır. Əgər ölülərin dəfn olunması tendensiyası davam etsə, 20 ildən sonra Yer kürəsindəki bütün meqapolislərdəki qəbiristanlıqlarda ölüləri dəfn etmək üçün yer qalmayacaq.

Qeyd edək ki, sözügedən problemi həll etmək üçün London və Nyu-Yorkun yerli hakimiyyəti dəfnlə bağlı daha qənaətcil vasitələrdən istifadə etməyi məsləhət görüblər. Onların fikrincə, ölən adamları kremasiya etmək, yaxud da onlar üçün göydələn qəbirlər tikmək lazımdır. Bunun köməyi ilə qəbiristanlıqlarda qəbir yerlərini ixtisar etmək mümkündür.

Şəhər meriyalarının təklifinə görə, xristianları dəfn etmək üçün ölənləri xüsusi bioqəbirlərdə dəfn etmək mümkündür. Bu cür qəbirlər sürətli çürüməyə kömək edir. Əlavə edək ki, mütəxəssislər vəfat etmiş şəxsin cəsədini xüsusi göbələklərin köməyi ilə torpaq üçün əlverişli gübrəyə çevirməyin də mümkün olduğunu bildiriblər.

Xəbər lenti
0