Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Onun dəfnində minlərlə insan ayaq altında həlak oldu

© Sputnik / RIA Novosti / Mediabanka keçidİosif Stalin iş otağında, 1 noyabr 1938-ci il
İosif Stalin iş otağında, 1 noyabr 1938-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün bəşəriyyət tarixindən heç vaxt silinməyəcək

BAKI, 18 dek — Sputnik. İosif Stalin 18 dekabr 1879-cu ildə, Gürcüstanın Qori rayonunda anadan olub. Həqiqi soyadı — İosif Vissarionovoç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffü olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya da var ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər.

Stalinin Qax rayonunun Əlibəyli kəndindəki heykəli - Sputnik Azərbaycan
Stalinin hələ də "yaşadığı" yeganə kənd - bura Azərbaycandır

İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə edib. Əsasən — Besoşvili (Beso-Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olub. Hətta Stalini sonralar da qoca bolşeviklər Koba ləqəbi ilə çağırarmışlar, müharibəyə qədər, hətta Voroşilov da onu bu cür çağırarmış.

"Stalin" təxəllüsünün kökü mübahisəlidir: bəziləri onun "stal" (rusca "сталь" — polad), digərləri isə nart eposu ilə və ya onun tərcüməçisi E. Stalinskinin soyadı ilə əlaqələndirirlər. Böyük Vətən Müharibəsi illərində Stalin "Vasiliy" (oğlunun adı ilə əlaqədar) təxəllüsündən istifadə edib. Adətən ona adı və atasının adı və ya hərbi rütbəsi ("yoldaş Sovet İttifaqı Marşalı (Generalissimus)") ilə yox, sadəcə "yoldaş Stalin" kimi müraciət ediblər.

Kasıb çəkməçinin və qala kəndli qızının ailəsində böyüyüb. İosifin 11 yaşı olanda atası vəfat edib. 1888-ci ildə İosif Qoridə möhkəm nizam-intizam höküm sürən kilsəyə, 1894-cü ildə isə Tbilisidə seminariyaya daxil olur. Lakin buranı qurtara bilməyib oradan qovulur (rəsmi versiyaya görə Marksizmin təşviqatına görə).

Qax rayonunun Qaratala kənd sakini Eyyub Məhsimov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Stalinin qarşısında bığını qırxmayan azərbaycanlı

Rusiya vətəndaş müharibəsi başlayandan sonra Stalin Rusiyanın cənubuna Şimali Qafqazdan çörəyin hazırlanıb sənaye mərkəzlərinə çatdımaq üçün ÜMİK-nin (ВЦИК) fövqəladə səlahiyyətli nümayəndəsi kimi göndərilmişdi. 1918-ci ilin 6 iyununda Tsarıtsına çatan Stalin şəhərdə nizam yaratdı, Moskvaya ərzağın çatdırılmasını təmin etdi, daha sonra isə Tsarıtsını Krasnovun dəstələrindən müdafiyəyə hazırladı. K.E.Voroşilovla birlikdə onlar Tsarıtsının müdafiəsini təmin edib Krasnovun və Dutovun ordu hissələrinin birləşməsinin qarşısını aldılar.

1918-ci ilin dekabrında admiral Kolçakın Sibirə hücumu başladı. O, şimaldan hücuma keçmiş ingilislər və ağqvardiyaçılarla birləşməyi planlaşdırırdı. Yaranmış fövqəladə-ciddi vəziyyəti aradan qaldırmağı Lenin Stalinə tapşırdı. Stalin Dzerjinski ilə birlikdə Perm altındakı vəziyyəti tez və qətiyyətlə bərpa etdilər.

1922-ci ilin aprelində RKP (b) MK-nın pelniumunda Stalin MK-nın birinci katibi seçildi. Əvvəllər bu vəzifə, yalnız partiya aparatına rəhbərlik demək idi, partiyanın lideri və dövlətə rəhbərliyi isə formal da olsa, Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin edirdi.

Hümbət Alıyev - Sputnik Azərbaycan
Stalin bu əsgərlərə görə müdafiə nazirini işdən qovdu

1941-ci ilin mayında Stalin öz üzərinə Xalq Komisarları Sovetinin sədri məsuliyyətini götürdü. 1941-ci il iyunun 22-də Üçüncü Reyx Sovet İttifaqına qarşı aqresiyaya başladı. Böyük Vətən müharibəsi başladı. Müharibə başlayan kimi kimi Stalin Dövlət Müdafiə Komitəsinin sədri, Müdafiə Xalq komissarı və SSRİ hərbi qüvvələrinin Ali-Baş komandanı oldu. 16 Avqust 1941-ci il tarixli Ali-Baş Komandanın Qərərgahının N-270 saylı əmrində deyilirdi: "Döyüş zamanı üzərlərindən fərqlənmə nişnalarını çıxartmış və düşmən tərəfə keçmiş və ya onlara əsir düşmüş komandir və siyasi işçilər qatı dezertir hesab olunsunlar, onların ailələri isə hərbi andı pozmuş və vətəni satmış dezertirlərin ailəsi kimi həbsə məhkum olunsun".

Müharibə zamanı Stalin "Sovet İttifaqı qəhrəmanı" adına layiq görülüb, iki dəfə "Qələbə (Победа) ordeni" və I dərəcəli "Suvorov ordeni" ilə təltif olunub. 6 mart 1943-cü ildə Stalin "Sovet İttifaqı Marşalı" rütbəsi, 27 iyun 1945-ci ildə isə məxsusi daxil edilmiş "Sovet İttifaqı Generalisimusu" rütbəsi verildi. Hətta müharibə qurtardıqdan sonra da Stalin hərbi idarələrə (1946-cı ilin fevralınadək — Müdafiə Xalq Komisarı və 1947-ci ilin martına kimi — SSRİ Hərbi Qüvvələri naziri) rəhbərlik edib.

Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala - Sputnik Azərbaycan
FOTO
"Koba" Azərbaycandakı bu qalada cəza çəkib

1953-cü il martın 5-də Stalin beyninə qansızmadan vəfat edib. Belə bir versiya da mövcuddur ki, Lavrenti Beriya və ya N.S.Xruşşov ona kömək etməməklə onun ölümünə səbəb olublar.

1953-cü il martın 5-də Stalinlə vida mərasimi zamanı çoxlu sayda insan onunla vidalaşmaq istədiyindən basabas yaranır. O zaman həlak olanların dəqiq sayı hələ də məlum deyil, lakin ölənlərin sayı kifayət qədər çox olub. Həmçinin bir fakt da məlumdur ki, basabasda həlak olanlardan biri "1422" nömrəsi alıb. Nömrələmə, yalnız o cəsədlər üçün aparılırdı ki, onları qohumlarının və ya dostlarını köməyi olmadan müəyyən etmək mümkün deyildi.

Stalinin balzamlanmamış cəsədi Lenin Mavzoleyində ümumxalq nümayişinə qoyulur və həmin mavzoley 1953-1961-ci illərdə "V.İ.Lenin və İ.V.Stalin Mavzoleyi" adlanır. 1961-ci il oktyabrın 30-da Sov.İKP-nin XXII qurultayında qərara alındı ki, "Stalinin Lenin vəsiyyətlərini kobud şəkildə pozması… onun cəsədini Mavzoleydə saxlamağı qeyri-mümkün edir". 1961-ci il 31 oktyabrdan 1 noyabra keçən gecə Stalinin cəsədi Mavzoleydən çıxarıldı və Kreml divarında basdırıldı. Sonradan məzarın üzərində abidə ucaldıldı.

Xəbər lenti
0