05:51 08 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0515
  • RUB0.0229
DÜNYA
Qısa URL
426 0 0

Bu 6 səbəbə görə Norveçi mütləq görmək lazımdır

BAKI, 15 dek — Sputnik. Təbii gözəllikləri, rifah səviyyəsi, qütb işıqları, həyat standartları, möhtəşəm dar körfəzləri, evləri, insanları… Norveçə aşiq olmamağınız üçün tək bir səbəb belə, yoxdur. Saydıqlarımızın hamısı və daha artığı ən mükəmməl səviyyədədir.

Bir dəfə də olsa, bu ölkəyə getməlisiniz. Ən azı, aşağıdakı 6 səbəbə görə. Hansıdır bu səbəblər? Sputnik Hürriyet-ə istinadən sözügedən 6 faktoru təqdim edir.

Sakit və dinc ölkə olması

Norveçin gözəlliyi, onu heyrətamiz edən şey dar körfəzləridir desək, yanılmarıq. Cinayət nisbəti olduqca aşağı olan ölkənin böyük şəhərləri belə, olduqca təhlükəsizdir. Bu ölkə tam mənası ilə sakit, dinc, xoşgörüşlü, azad və sülhsevər bir yerdir.

Memarlıq cənnəti

Norveçin arxitekturasını bir cümlə ilə belə izah edə bilərik: Bəli, bura məhz nağıllardakı ölkədir. Köhnə ferma evləri, qədim şəhər bölgələrində görəcəyiniz üçbucaq çatılı kərpic evlər, ənənəvi Norveç kəndləri, kilsələr, antik yollar. Bir sözlə, izah edilməz, ancaq gedib görmək lazımdır.

Bənzəri olmayan təbiət

Yamyaşıl şəhərlər, ağılınızı başınızdan alan dar körfəzləri. Sırf təbiətinə görə bu ölkəyə getməyiniz özü başlı-başına bir səbəbdir. Macəra sevənlər üçün girintili-çıxıntılı körfəzləri, fotoşəkil çəkdirmək üçün ürəyiniz istəyən qədər qayalar var bu ölkədə. Dünyanın ən uzun "Sognefjord" və YUNESKO-nun Dünya İrs Siyahısına saldığı "Naroyfjord" körfəzləri görülməyə dəyər.

Disney qəhrəmanları kimi

Bu ölkə rejissorlara və prodüserlərə ilham qaynağı olan məkanlarla doludur. Disney filmlərində tez-tez gördüyünüz qalaları, kilsələri Norveçdə görə bilərsiniz. "Kral Sarayı"nı gəzərkən, özünüzü "Karlar Ölkəsi" filmində hiss edəcəksiniz.

Buzdan otellər

Yenə nağıllardan çıxmış kimi bir məkan. Beynəlxalq Heykəltəraşlar tərəfindən xüsusi olaraq dizayn edilmiş və oyulmuş buzdan heykəllər, isti qalmağınız üçün yuxu tuluqları, qar Safarisi, Ren maralları. Tam bir yuxu kimi.

Qütb işıqları

Təbiətin ən ovsunlayıcı görüntüsündən birinə şahid olmaq. Qütb işıqlarının rəqsini izləmək, sanki tam fərqli bir diyarda olmaq kimidir. Deyilənə görə bu işıqların nümayişinə şahid olanlar, o anlarını həyatlarının sonuna qədər unutmurlar.

Əlaqədar

Norveç türkləri ayağa qalxdı
Norveçdə helikopter qəzaya uğrayıb
Norveç hərbçiləri 800 qaçqını dənizdə batmaqdan xilas etdi
Azərbaycan Almaniya, Çexiya, və Norveçə qarşı
Azərbaycan millisi Norveç sınağında
Teqlər:
Norveç, ölkə, qala, kilsə, kənd, ada

Əsas mövzular