04:24 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2588 0 0

Alimlər sübut ediblər ki, Şaxta Baba, ancaq varlı uşaqlarının evinə gedir

BAKI, 15 dek — Sputnik. Britaniyanın BMJ nəşri maraqlı araşdırma dərc edib. Britaniyada xəstəxanada yatan və imkansız ailələrin uşaqlarının müşahidəsi göstərib ki, onlar Yeni İldə heç bir hədiyyə gözləmirlər, çünki Şaxta Baba, yalnız imkanlı ailələrin uşaqlarına hədiyyələr paylayır.

"Santanın Yeni İl axşamı bütün sutka ərzində planetin dörd bir yanında uşaqlara hədiyyə paylaması məlum əfsanədir. Ancaq biz müşahidə eləmişik ki, sosial-iqtisadi vəziyyətin gərginliyi, hətta hüdudsuz imkanlara malik Şaxta Babaya da təsirsiz ötüşməyib", — Harvard universitetindən Carviz Çen (Jarvis Chen) belə deyir.

Santa Klausun Qərbdəki təmsilçiləri il ərzində özünü yaxşı aparan uşaqların siyahısını tuturlar. Santanın köməkçiləri, yalnız yaxşı uşaqların məktubuna uyğun onlara hədiyyələr verirlər, digər uşaqlara isə kömür və ya çubuq qırıqları qalır.

Carviz Çen və onun həmkarları bu əfsanəni yoxlamaq qərarına gəliblər. Harvard alimləri Britaniyanın iki yüzdən çox uşaq xəstəxanasını gəzərək, həkimlərdən soruşublar ki, 2015-ci ilin Yeni İl axşamı xəstəxanada yatan balacalardan kimlərsə Şaxta Babadan hədiyyə alıblarmı.

Məlum olub ki, İngiltərədə, Şotlandiyada və Uelsdə sosial-iqtisadi vəziyyəti acınacaqlı durumda olan elə yerlər var ki, ora heç Santanın ayağı da dəyməyib. Beləliklə, İngiltərədə, təxminən 11% uşaq Yeni İldə hədiyyəsiz qalır. Şotlandiyalıların xəsisliyinə baxmayaraq, onlarda vəziyyət, nisbətən yaxşıdır.

Alimlər xəbərdarlıq edirlər ki, gələcəkdə rəsmilər bu incə məsələyə diqqət ayırsınlar, çünki uşaqların depressiyasının acınacaqlı fəsadları ola bilər.

Əlaqədar

Qanunsuz Şaxta Baba və Qar Qızı 80 manat cərimə gözləyir
Qaçaqmalçıların Yeni il hazırlığının qarşısı alındı
Yeni dərs ilinə hazırlıqlar necə gedir?
Əfv Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib
Bakı Yeni ili qarla qarşıladı
Teqlər:
Yeni İl, Şotlandiya, hədiyyə, bayram, Şaxta Baba, ailə, Uels, Britaniya, İngiltərə, araşdırma, uşaq

Əsas mövzular