05:42 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
5410

Dünən gecə səhərədək iki ölkənin XİN başçıları arasında 8 telefon danışığı baş tutub

BAKI, 16 dek — Sputnik. Türkiyə ilə İranın xarici işlər nazirləri arasında sərt telefon danışığı yaşanıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Hələbdəki atəşkəsə tam əməl olunması və sivillərin bölgədən çıxarıla bilməsi üçün türk tərəfi İranı məsuliyyətli olmağa çağırıb.

Məlumata görə, təkcə dünən gecə səhərədək iki ölkənin XİN başçıları arasında 8 telefon danışığı baş tutub. Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zərifə, iranlı milis dəstələrinin Hələbdən yaralıları çıxaran konvoylara atəş açdığını və bunun qəbuledilməz olduğunu söyləyib.

Öz növbəsində Cavad Zərif müxaliflərin nəzarətindəki bölgədə sıxışıb qalan şiə əhalisinin sağ-salamat oradan çıxması üçün Türkiyəni addım atmağa səsləyib. Nəhayətində hər iki tərəf qarşılıqlı təkliflər üzərində razılıq əldə edib.

Əlaqədar

XİN İstanbulda törədilən terror aktını qəti şəkildə pisləyib
Rusiya XİN: "Türklərlə ortaq məxrəcə gəlməyə başlayırıq"
Azərbaycan və Qazaxıstan XİN rəhbərləri görüşüblər
XİN: “İranla Talibanın heç bir əlaqəsi yoxdur”
Rusiya XİN-dən Azərbaycan və Belarusa təşəkkür
Teqlər:
telefon, Hələb, İran, Mövlud Çavuşoğlu, Cavad Zərif, Türkiyə, nazir

Əsas mövzular