14:37 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
5813 0 0

Alimlər yeni robotu süni intellektin inkişafı istiqamətində bir addım hesab edirlər

BAKI, 14 dek — Sputnik. Britaniya alimləri qidanı həzm edə bilən robot yaradıblar. Sputnik xarici mediaya istinadla xəbər verir ki, Bristol Universitetinin mütəxəssisləri qeyri-adi bir mexanizm yaratmağa nail olublar.

O, suya girən kimi ağzı ilə maye formasında olan, "polimer membran" adlandırılan orqanik materialı tutur və onu "mədə"sinə göndərir. Orada həzm prosesi gedir. Tullantı materiallar robotun arxa hissəsi vasitəsilə xaric olunur. Hələlik bu maşınlardan su anbarlarının təmizlənməsində istifadə olunacağı güman edilir. Lakin robotun müəllifləri onu daha da inkişaf etdirmək niyyətindədirlər.

Orqanik maddələri ayırd edən robotun təkmilləşmiş variantı orqanik qidalarla sintetik qidaları ayırd edəcək. Bu robotun köməyi ilə istehlakçılar onlara təklif olunan qidaların təbii, yaxud süni olduğunu müəyyənləşdirə biləcəklər. Robotların gələcəkdə, dadı, iyi hiss etmək qabiliyyəti də olacaq.

Bristol Universitetinin əməkdaşları yeni robotu süni intellektin inkişafı istiqamətində bir addım hesab edirlər.

Əlaqədar

Bu ölkə robot-polis sisteminə keçir
Bu robot milyonlarla uşağı xilas edəcək
İş yerlərinə robot agentlər yerləşdiriləcək
Bu robot bəşəriyyəti məhv edəcək
Yaponiya Marsda gələcək bazanın tikintisi üçün robotlar hazırlayacaq
Teqlər:
Bristol Universiteti, qida, alim, robot, orqanik, Britaniya

Əsas mövzular