İstanbul terroru türk lirəsini də "vurdu"

© AFP 2023 / OZAN KOSETürk lirəsi
Türk lirəsi - Sputnik Azərbaycan
Abunə olmaq
TL 1 faiz dəyər itirərək 3.5131 səviyyəsinə qədər geriləyib

BAKI, 12 dek — Sputnik. İstanbulda şənbə günü, 44 adamın həyatını itirməsinə və 150 adamın yaralanmasına səbəb olan terror aktından sonra, türk lirəsi (TL) dollar qarşısında yenidən zəifləyib. Sputnik bloomberght-ə istinadla xəbər verir ki, TL 1 faiz dəyər itirərək 3.5131 səviyyəsinə qədər geriləyib.

İstanbul'da çifte bombalı saldırı - Sputnik Azərbaycan
HADİSƏ
İstanbuldakı terrorda ölənlərin sayı 38-ə çatıb

Treyder Stephen Innes "Bloomberg News"a verdiyi açıqlamada deyib ki, Türkiyə lirəsi riskə həssas pul vahididir və siyasi risklərlə reaksiya verir: "İnkişaf edən bazarlar qısa müddətə ABŞ-da faizlərin artırılması ilə bağlı görüşümüzün güclənməsi ilə birlikdə çətinlik çəkməyə davam edəcək".

Bu həftə qlobal bazarlarda ən əhəmiyyətli gündəm FED-in toplantısı olacaq. 13-14 dekabrda keçiriləcək yığıncaqda faiz dərəcələrinin bu il ilk dəfə artırılması gözlənilir. Faiz artımı gözləntiləri dolların güclənməsinə səbəb olacaq.

Xəbər lenti
0