06:24 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1139 0 0

Prezident Rəcəb Tayyib Ərdoğan partlayışların ölkədə prezident üsul-idarəsinin gücləndirilməsi ilə əlaqədar ola biləcəyini bildirib.

BAKI, 11 dek — Sputnik. İstanbuldakı Maçka Parkında baş verən partlayışlarda ölənlərin sayı 29 nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

O, həmçinin 166 nəfər yaralının olduğunu, onlardan 23-nün vəziyyətinin ağır olduğunu qeyd edib.

Nazir partlayışlarla bağlı 10 nəfərin həbs olunduğunu da deyib. Soylu partlayışlardan birinin canlı bomba tərəfindən həyata keçirildiyini istisna etməyib.

Prezident Rəcəb Tayyib Ərdoğan isə partlayışların ölkədə prezident üsul-idarəsinin gücləndirilməsi ilə əlaqədar ola biləcəyini bildirib.

Türkiyə Radio Televiziya Üst Qurumu təşvişin yayılmaması məqsədi ilə bütün ölkə üzrə telekanallara yayım qadağası tətbiq edib.

Əsas mövzular