Baş nazirdən dünya gündəmini sarsıdan açıqlama

© AFP 2023 / Lionel BonaventureFransanın baş naziri Manuel Vals
Fransanın baş naziri Manuel Vals - Sputnik Azərbaycan
Abunə olmaq
Fransanın baş naziri Manuel Vals, gələn prezident seçkilərində namizəd olmaq üçün vəzifəsindən istefa verib

BAKI, 6 dek — Sputnik. Fransanın baş naziri Manuel Vals bu gün rəsmi şəkildə istefa verib. Sputnik New York Times-a istinadən xəbər verir ki, gələcək prezident seçkiləri üçün namizədliyini açıqlayan Vals, Yelisey sarayına gələrək prezident Fransua Ollandla, təxminən 35 dəqiqə davam edən görüş keçirib.

Daha sonra jurnalistlərə geniş açıqlama verən Vals ABŞ, Rusiya, Çin və Türkiyənin dövlət başçılarına sərt ismarıc göndərib: "Mən Amerikanın Trampı, Rusiyanın Putini, Çinin Şi Çin Pinqi, Türkiyənin Ərdoğanından fərqli olaraq öz dəyərlərinə sıx bağlı olan bir ölkə görmək istəyirəm, əsl Fransanı görmək istəyirəm. Bunun üçün də gələn prezident seçkilərində namizəd olmaq üçün bu gün baş nazir vəzifəmdən istefa verirəm".

Xəbərə görə, Manuel Valsı Fransanın hazırkı daxili işlər naziri Bernar Kaznöv əvəz edəcək.

Xəbər lenti
0