ABŞ-dan gözlənilməz İsrail açıqlaması

© regnum.ruCon Kerri
Con Kerri - Sputnik Azərbaycan
Abunə olmaq
Con Kerri: "İsrail təhlükə ilə oynayır"

BAKI, 5 dek — Sputnik. "İsrail təhlükə ilə oynayır". Sputnik VOA News-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Con Kerri, paytaxt Vaşinqtondakı konfranslardan birində deyib.

Türkiyə və İsrail bayraqları - Sputnik Azərbaycan
TƏHLİL
Növbəti Türkiyə - İsrail münaqişəsi başlaya bilər

Kerri İsrailin Fələstin torpaqlarında yeni evlər tikməkdə davam etməsinin iki ölkə arasında sülhün təmin edilməsinə əngəl olduğunu söyləyib: "İsrailin baş naziri Benyamin Netanyahu deyir ki, Fələstin ərazisində yeni yaşayış yerlərinin tikilməsi sülh müzakirələrinə maneə deyil. Mən onun bu fikri ilə razı deyiləm. Gəlin özümüzü aldatmayaq. Hər şeyə laqeyd yanaşıb, bunun təsirinin olmadığını deyə bilmərik. İsrail təhlükəli yolda irəliləyir".

Fələstin-İsrail münaqişəsinin, təkcə bu iki ölkəni maraqlandırmadığına diqqət çəkən Kerri deyib ki, bu problem İsraillə ərəb ölkələri arasındakı əlaqələrə də öz təsirini göstərir: "Rəsmi Təl-Əviv Fələstinlə problemini həll etmədən, İsraillə ərəb dünyası ilə arasında sülh mühiti yaranmayacaq".

Xəbər lenti
0