Türk aktyoru ölkələrində görən ərəblər şok oldu

© Photo : www.hurriyet.com.trBarış Kılıç Beyrutda fanatları ilə
Barış Kılıç Beyrutda fanatları ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Barış Kılıç “Güllerin Savaşı” və “Adını Feriha Koydum” seriallarında çəkilib.

BAKI, 1 dek – Sputnik. Yeni serial layihəsinin çəkilişləri başlamadan öncə keçən həftə tətil üçün Livanın paytaxtı Beyruta gedən türkiyəli aktyor Barış Kılıç, gözləmədiyi pərəstişkar diqqəti ilə üzləşib. 

Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, aktyor şəhərdə gəzərkən ərəb pərəstişkarları tərəfindən böyük bir maraqla qarşılanıb.

Ərəb dünyasında böyük bir heyran kütləsinə sahib olan Barış Kılıç, pərəstişkarları ilə bol-bol şəkillər çəkdirib. 

Qeyd edək ki, aktyor B.Kılıç “Güllerin Savaşı” və “Adını Feriha Koydum” seriallarında çəkilib.

Xəbər lenti
0