İki milyard insan bu qəbirdən nə çıxacağını gözləyirdi və...

© Photo : milliyet.com.trHəzrəti İsaya aid olduğu iddia olunan məzar
Həzrəti İsaya aid olduğu iddia olunan məzar - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda aparılan araşdırmaların məqsədi - Həzrəti İsanın tam olaraq harada və nə şəkildə dəfn edildiyini ortaya çıxarmaqdır

BAKI, 28 noy — Sputnik. Həzrəti İsaya aid olduğu iddia olunan məzarın üzərindəki mərmər lövhələr 1555-ci ildən bəri ilk dəfə qaldırılıb. Sputnik milliyet-ə istinadla xəbər verir ki, arxeoloqlar qalıqlar üzərində yoxlamalar aparacaqlar.

Orijinal qaya oymasından olan məzara toxunulmadığı və qəbirin əsrlərdir möhürlü olduğu bildirilir. Hazırda aparılan araşdırmaların məqsədi — Hz. İsanın tam olaraq harada və nə şəkildə dəfn edildiyini ortaya çıxarmaqdır.

"National Geographic"ə danışan arxeoloq Dan Bahar deyib: "Müqəddəs Məzar Kilsəsinin Hz. İsanın basdırıldığı yer olduğu mövzusunda qəti əmin olmaya bilərik. Lakin başqa bir yerdə basdırılmış olduğuna dair bunun qədər güclü ikinci iddia yoxdur".

Xəbər lenti
0