06:05 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
361 0 0

"Nə olduğu bəlli olmayan bir təşkilat gəlib sənin ölkəndə çevrilişə cəhd edir, xalqının üzərinə bombalar yağdırır və sən o təşkilata bağlılığını söyləyirsən"

BAKI, 28 noy — Sputnik. "15 iyul gecəsi seçilmiş hökuməti güc yolu ilə devirməyə cəhd edən və xalqına qarşı ağır silahlardan istifadə edən Fətullahçı Terror Təşkilatının (FETÖ) yanında yer alan istənilən şəxslə bizim müsbət əlaqələrimiz ola bilməz".

Sputnik haberler-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Gənclər və idman naziri Çağatay Kılıç, idman klublarının rəhbərləri ilə görüşü zamanı deyib. Hakan Şükürün türk futbolunda ciddi uğurlara imza atdığını deyən Çağatay Kılıç, bununla belə futbolçunun Fətullah Gülən şəbəkəsinə hələ bağlı qaldığını və bu səbəblə də, onunla heç bir əlaqələrinin qalmadığını söyləyib.

"Nə olduğu bəlli olmayan bir təşkilat gəlib sənin ölkəndə çevrilişə cəhd edir, xalqının üzərinə bombalar yağdırır və sən o təşkilata bağlılığını söyləyirsən. Kim olursa olsun, istərsə Hakan Şükür olsun, bu cür şəxslərlə bizim heç bir işimiz olmaz", — deyə nazir əlavə edib.

Əlaqədar

Hakan Şükürün atasını həbs etdilər
Türkiyədə növbə Hakan Şükürə çatıb
Hakan Şükürün fanatlarına bəd xəbər
Teqlər:
Çağatay Kılıç, 15 iyul, Fətullahçı Terror Təşkilatı, FETÖ, çevriliş cəhdi, Hakan Şükür, Türkiyə

Əsas mövzular