ATƏT-in sammitinin keçiriləcəyi bina yandırılıb

© AP Photo / Axel HeimkenНемецкие пожарные, фото из архива
Немецкие пожарные, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğının ATƏT-in sammiti ilə əlaqəli olub-olmadığı rəsmən açıqlanmayıb. Polis olayla bağlı araşdırma aparır.

BAKI, 27 noy — Sputnik. Almaniyanın Hamburq şəhərində iki həftə sonra ATƏT-in sammitinin keçirilməsi nəzərdə tutulan binada sərgi salonu yandırılıb.

RİA Novosti-nin verdiyi məlumata görə, hadisə dünən axşam baş verib.

Onlarla insan binanın girişlərinin birində yanğın törədib, o cümlədən yaxınlıqdakı zibil qablarını yandırıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın binaya ciddi ziyan vurub.  

Yanğının ATƏT-in sammiti ilə əlaqəli olub-olmadığı rəsmən açıqlanmayıb. Polis olayla bağlı araşdırma aparır.

Qeyd edək ki, Hamburqda ATƏT-in sammiti 8-9 dekabr tarixlərində keçiriləcək.

Xəbər lenti
0