Viktor Yanukoviç Kiyev məhkəməsində dindirilib

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçidUkraynanın sabiq prezidenti Viktor Yanukoviçin, arxiv şəkli
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O, 2014-cü ilin fevral ayında paytaxtda baş vermiş qarşıdurmalara görə şahid qismində ifadə verib

BAKI, 25 noy — Sputnik. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin paytaxt Kiyevdəki Svyatoşinski Rayon Məhkəməsində dindirilməsinə başlanılıb. Sputnik RT-yə istinadən xəbər verir ki, keçmiş dövlət başçısı məhkəməyə videoəlaqə vasitəsilə ifadə verib.

O, 2014-cü ilin fevral ayında paytaxtda baş vermiş qarşıdurmalara görə şahid qismində dindirilir. Məhkəmə prosesinin baş tutması üçün Kiyev şəhər Svyatoşinski Rayon Məhkəməsi və Viktor Yanukoviçin bir müddət əvvəl gəldiyi Rusiyanın Rostov Vilayət Məhkəməsi arasında videoəlaqə təşkil edilib.

Xəbər lenti
0