Ərdoğan Avropa İttifaqını hədələdi

© REUTERS / Murat Cetinmuhurdar/Presidential Palace/HandoutTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: "Daha da irəli getsəniz, Avropa ilə sərhəddəki qapılarımızı 3 milyon qaçqın üçün açarıq"

BAKI, 25 noy — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa Parlamentinin, ölkəsi ilə İttifaqa üzvlük müzakirələrini dondurma qərarı almasına sərt reaksiya göstərib. Sputnik bu barədə TRT-yə istinadən məlumat verir.

Türkiyə və Avropa İttifaqı - Sputnik Azərbaycan
TƏHLİL
"Avropa İttifaqının arxasınca sürünməyin mənası yoxdur"

"Sizin mənasız və yersiz təhdidlərinizi nə mən, nə də bu millət sinəsinə çəkər. Əgər daha da irəli getsəniz, Avropa ilə sərhəddəki qapılarımızı 3 milyon qaçqın üçün açarıq", — Türkiyə prezidenti bildirib.

Ərdoğan sözlərinin davamında deyib: "Verdikləri qərarın nə olduğunu və mənasını sizə açıqlayım. Türkiyə Avropa İttifaqına girsin, ya girməsin? Onlar ancaq bunu müzakirə edirlər. Ərdoğanın haqlı açıqlamalarını isə görməzdən gəlirlər. Çünki, bu, onlara sərf etmir".

"Siz qərbli siyasətçilər insanlığa heç bir zaman dürüst yanaşmadınız. Siz köçkün körpələrə heç zaman sahib çıxmadınız. Üç milyon qaçqını ölkəmizə buraxan bizik. Siz isə verdiyiniz sözə belə, əməl etmədiniz. Türkiyə ilə Bolqarıstan arasında sərhəd keçid məntəqəsinə 50 min qaçqın toplaşanda fəryad qopardınız. Açıq deyim, əgər daha çox irəli getsəniz, qapıları aça bilərik", — deyə Ərdoğan qeyd edib.

Xəbər lenti
0