Türkiyədə dolların məzənnəsi yeni rekord qırıb

© Sputnik / Murad OrujovDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda dolların məzənnəsi 3.4602 - 3.4766 aralığında dəyişir

BAKI, 25 noy — Sputnik. Türkiyə Mərkəzi Bankının faiz qərarından sonra, 3.40-dan 3.36-a geriləyən dollar, təkrar yüksələrək rekord qırıb. Dolların məzənnəsi bu səhər 3.47-nin üzərinə çıxıb. Sputnik milliyet-ə istinadla xəbər verir ki, hazırda dolların məzənnəsi 3.4602 — 3.4766 aralığında dəyişir.

Dolların məzənnəsi dünən Türkiyə Mərkəz Bankının faiz artımından sonra 3,37-nin altına qədər geriləmişdi. Daha sonra isə sərt şəkildə yüksələn məzənnə rekord üstünə rekordlar qırmışdı.

Xəbər lenti
0