Şanxaydan Türkiyəyə müsbət cavab verildi

Şanxay
Şanxay - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər bu qərarı, Şanxay Əməkdaşlıq Təşkilatının Türkiyəyə müsbət mesajı kimi dəyərləndirib.

BAKI, 24 noy – Sputnik. Şanxay Əməkdaşlı Təşkilatı, quruma üzv olmaq istədiyini bildirən Türkiyəyə ilk müsbət cavabını verib. Sputnik TRT-yə istinadən bildirir ki, təşkilatın  Energetika Klubuna sәdrlik 2017-ci il üçün Türkiyəyə verilib. 

Baxmayaraq ki, Türkiyə ŞƏT-ə hələ üzv qəbul edilməyib, amma gələn il Energetika Klubunun yığıncağı İstanbulda keçiriləcək. 

Bununla da, ilk dəfə üzv olmayan bir ölkəyə sədrlik vəzifəsi verilib. Ekspertlər bu qərarı, Şanxay Əməkdaşlıq Təşkilatının Türkiyəyə müsbət mesajı kimi dəyərləndirib. 


Xəbər lenti
0