21:24 25 Fevral 2018
Canlı yayım
Президент Филиппин Родриго Дутерте

Obamanın anasına söyən Filippin prezidenti Tramp haqda nə dedi?

© REUTERS/ Lean Daval Jr
DÜNYA
Qısa URL
2901

“Trampla aramızda münaqişə yoxdur. Əminəm ki, qarşı tərəf də belə düşünür. Mən hər zaman hər kəslə dostlaşa bilərəm” – Rodriqo Duterte deyib.

BAKI, 17 noy – Sputnik. Bir müddət öncə ABŞ prezidenti Barak Obamanın anası haqda nalayiq ifadələr işlədən Filippinin dövlət başçısı Rodriqo Duterte Amerikanın yeni seçilən prezidenti Donald Trampla münasibətləri yaxşılaşdıracağını deyib.

Sputnik “Washington Post”-a istinadən xəbər verir ki, o, bu barədə Peruda keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

“Trampla aramızda münaqişə yoxdur. Əminəm ki, qarşı tərəf də belə düşünür. Mən hər zaman hər kəslə dostlaşa bilərəm” – Duterte deyib.

Qeyd edək ki, Filippin rəhbəri ölkəsinin ABŞ-la əlaqələri tam kəsəcəyini söyləmişdi.

Əsas mövzular