19:38 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Əsəd və Ərdoğan

Bəşər Əsəd: "Ərdoğan manyakdır"

© AFP 2018 / BULENT KILIC
DÜNYA
Qısa URL
80710

Suriya rəhbəri ölkəsində hərbi əməliyyat aparan türk ordusunu "Ərdoğanın ordusu" kimi şərh edib

BAKI, 17 noy — Sputnik. Suriya prezidenti Bəşər Əsəd Portuqaliyanın RTP telekanalına özəl müsahibə verib. Ölkəsində davam edən müharibəni Qərb blokunun qızışdırdığını deyən Əsəd, Suriyada hərbi əməliyyat başladan türk əsgərlərini isə terrorçu adlandırıb.

"Suriyada terrorçulara qarşı döyüş — Ərdoğanın ordusu ilə savaşmaqdır. Türkiyə Silahlı Qüvvələri Suriya ərazisinə girməklə "qırmızı xətti" aşmış oldu", — Əsəd bildirib.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Suriya rəhbəri Türkiyə Prezidentinin özünü Osmanlı dövründə hiss elədiyini deyib: "Ərdoğan nə eləmək istədiyini bilmir. O, sanki indiki zamanda yox, Osmanlı dövründə yaşayır. Sizə tamamilə xəstə bir adamdan, manyak bir ölkə başçısından danışıram".

Rejim başçısı, hazırda Suriyaya müdaxilə edən ordunu türk ordusu yox, Ərdoğanın ordusu adlandırıb. Əsəd Amerikanın yeni prezidenti Donald Trampla müttəfiq ola biləcəyini də söyləyib.

"İŞİD terrorçularına qarşı döyüşdə ABŞ-ın yeni rəhbəri Donald Trampla müttəfiq ola bilərik. Onun İŞİD-lə mübarizə haqda dedikləri ümidvericidir. Bilmirəm, Tramp sözünün üstündə duracaq, ya yox… Bunu zaman göstərəcək", — Əsəd vurğulayıb.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu günədək Bəşər Əsəd rejiminə bağlı ordu mənsublarının xalqa qarşı başlatdığı hərbi əməliyyatlarda 600 mindən çox sivil insan dünyasını dəyişib.

Əlaqədar

Suriyada uşaq bağçası bombalandı
Suriyanın şimalında daha 6 kənd İŞİD-dən təmizləndi
İranlı general Suriyada öldürüldü
Rusiyanın "ölümcül radarı" Suriya səmasında
Türk qırıcıları ABŞ-ın Suriyadakı mütttəfiqlərini bombaladı
Teqlər:
Ərdoğan, Türkiyə, RTP telekanalı, Portuqaliya, Bəşər Əsəd, Suriya

Əsas mövzular