14:10 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Paris, France

Keçmiş nazir inqilaba çağırış etdi

© Foto : Pixabay
DÜNYA
Qısa URL
7611

Makron 2014-cü ilin avqust ayından 2016-cı ilin avqustuna qədər Fransanın iqtisadiyyat naziri işləyib.

BAKI, 16 noy — Sputnik. Fransanın keçmiş iqtisadiyyat naziri, prezidentliyə namizədliyini irəli sürəcəyini elan edən Emanuel Makron ölkədə “demokratik inqilab”ın reallaşdırılmasına çağırış edib.

“Biz indi ciddi dəyişiklikdə yaşayırıq. Biz bu çağırışlara hakimiyyətdəki adamlar kimi cavab verməməliyik”, — Modern.az bildirir ki, Makron Bobinidəki təhsil mərkəzindəki çıxışında deyib.

Makron 2014-cü ilin avqust ayından 2016-cı ilin avqustuna qədər Fransanın iqtisadiyyat naziri işləyib. Buna qədər Rotşild bankında ilk milyonlarını qazanan Makron Yelisey sarayının baş katibinin müavini və prezident Fransua Ollandın iqtisadiyyat və maliyyə məsələləri üzrə müşaviri vəzifələrini tutub.

Fransa KİV-lərindəki xəbərə görə, Yelisey sarayı  uğrunda final mərhələsinin başlaması mərhələsində Makronun nazir postundan getməsini prezident Olland “satqınlıq” kimi qiymətləndirib. Bir sözlə, proses Makron bu ilin aprelində özünün siyasi hərəkatını yaradanda başlayıb.

Fransa dilində o “En marche!”, yəni “İrəli!”, yaxud “Getdik!” (çağırış) adlanır. Siyasətçi bəyan edib ki, yeni qüvvə nə sağçı, nə də solçu olmayacaq.

Əsas mövzular