22:16 22 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
Partlayışdan sonra dağıntılara baxan uşaqlar, Aleppo

Hələbdə növbəti bombardıman

© REUTERS / Abdalrhman Ismail
DÜNYA
Qısa URL
14 0 0

Hadisə nəticəsində 9 nәfәr hәlak olub, 30 nәfәr dә yaralanıb

BAKI, 12 noy — Sputnik. Suriyanın Hələb şәhәrinin Kafr Deal bölgәsinә endirilәn zәrbәlәr nәticәsindә 9 nәfәr hәlak olub, 30 nәfәr dә yaralanıb. Sputnik bu barədə TRT-yə istinadən xəbər verir.

Şəhərin mülki müdafiә rәsmisi Babiris Meşal rejimə aid döyüş təyyarələrinin Hәlәbin qәrbindә müxalif qüvvәlәrinin nәzarәtindәki Karf Deal bölgәsindәki yaşayış mәntәqәlәrinә hücum etdiyini deyib.

"Rejim və dəstəkçilərinə aid döyüş təyyarələri Hələbin qərbindəki Kafr Deal və Daret İzze bölgәlәrini aralıqsız bombalayıb", — deyә Meşal bildirib.

Yerli aktivistlərdən Əbu Ammar rejimə aid qırıcıların Hələbin cənub-qərbindəki Minyan kəndinə də hücum etdiyini qeyd edib.

Əlaqədar

Rusiya Hələbdə yeni humanitar fasilə tətbiq edir
"Rus təyyarələri 9 gündür Hələb üzərində uçmur"
Hələbin kimin nəzarətində olduğu açıqlandı
Rus ordusu Hələbdə genişmiqyaslı əməliyyata başlayıb
Teqlər:
Kafr Deal, bombardıman, qırıcı, Hələb, Suriya

Əsas mövzular