Ögey ana 9 yaşlı uşağa olmazın işgəncələr verib

CC0 / ambermb / kidUşağı döyən ata
Uşağı döyən ata - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın uzun müddət müxtəlif əşyalarla uşağı döyüb: rezin ip və plastik boru parçası ilə. Ən dəhşətlisi isə sonda uşağın üzərinə qaynar su töküb.

BAKI, 12 noy — Sputnik. Çinin şəhərlərindən birində baş verən bu hadisə insan ürəyini sızladır. Sputnik publika.az-a istinadən xəbər verir ki, müəllimə dərs zamanı şagirdlərdən birinə diqqət yetirib. Oğlanın bədənində açıq-aşkar döyülmə izləri olub. Dərsdən sonra uşağın bədəninə baxış keçirən müəllimə dəhşətə gəlib: məktəblinin bütün bədəni çapıqlarla örtülü olub.

Müəllimlərin ona zərər yetirməyəcəyinə inanan 9 yaşlı uşaq başına nələrin gəldiyini onlara açıqlayıb. Məktəblinin ögey anası tərəfindən ən sərt şəkildə cəzalandırıldığı məlum olub. Belə dəhşətli cəzaya isə uşağın, sadəcə ev tapşırığını yerinə yetirməməsi, daha dəqiq desək, "Pinokkio" nağılını oxumaması olub.

© PhotoÖgey ana 9 yaşlı uşağa işgəncələr verib
Ögey ana 9 yaşlı uşağa işgəncələr verib - Sputnik Azərbaycan
Ögey ana 9 yaşlı uşağa işgəncələr verib

Ögey ana qəzəblənərək uzun müddət ələ keçən əşyalarla uşağı döyüb: rezin ip (ipatdı oyunu üçün) və plastik boru parçası ilə. Ən dəhşətlisi isə sonda uşağın üzərinə qaynar su töküb.

Kədərləndirici hal burasındadır ki, uşağın doğma anası övladını könüllü surətdə 6 yaşı olarkən öz bacısına övladlığa verib. Qadın övladının başqa ailə ilə daha yaşı tərbiyə alacağını düşünüb. Belə ki, ögey valideynlər kasıb kəndli qohumlarından fərqli olaraq yaxşı yaşayır və yaxşı qazanırdılar.

© PhotoÖgey ana 9 yaşlı uşağa işgəncələr verib
Ögey ana 9 yaşlı uşağa işgəncələr verib - Sputnik Azərbaycan
Ögey ana 9 yaşlı uşağa işgəncələr verib

İndi oğlan doğma anasının himayəsinə geri qaytarılıb, ögey ana isə uşaqla qəddarcasına davrandığına görə, məhkəmə qarşısına çıxmalı olacaq.

Xəbər lenti
0