Yadplanetlilərin yeraltı bunkeri aşkarlandı

© AFP 2023 / LUIS ROBAYOAy
Ay - Sputnik Azərbaycan
Abunə olmaq
Ufoloqlar Bankroft kraterində yerləşən bunkerə daxil olmağın yollarını araşdırırlar

BAKI, 10 noy — Sputnik. Həvəskar astronomlar Yerin təbii peyki olan Ayda qəribə obyekt aşkarlayıblar. Onların qənaətinə görə, bu, böyük ehtimalla yad planetlilərin yeraltı bunkeridir.

Barak Obama, ABŞ prezidenti - Sputnik Azərbaycan
Obamadan Mars planeti ilə bağlı həyəcanlı açıqlama

Google Earth xəritəsindən və NASA-nın çəkdiyi kadrlardan istifadə etməklə, ufoloqlar bunker olduğu ehtimal olunan obyektin girişini müəyyənləşdiriblər. Bu giriş dəqiq ölçüləri olan düzbucaqlı formasındadır.

Bu tapıntı ilə astronomlar fikir adamlarına düşünmək üçün növbəti qida vermiş olublar. Hazırda tədqiqatçılar tapılmış obyektin dəqiq koordinatlarını qeydə alıblar. Sözügedən bunker Bankroft kraterində yerləşir.

Hal-hazırda mütəxəssislər hansı süni peykin o obyektə daha yaxın gedə biləcəyi ilə bağlı məsələni həll etmək üçün mövcud variantlara baxırlar. Onlar bunkerə daha yaxından baxmaq və orada hansı proseslərin getdiyini müşahidə etmək fikrindədirlər.

Qeyd edək ki, ufoloqlar daha əvvəllər də dəfələrlə Ayda yad planetlilərə məxsus bazaların olduğunu bildirirdilər. Bir çoxları hesab edirlər ki, Yerdən Ayın yalnız bir hissəsi görünür. Lakin Ayın yerdən görünməyən tərəfində Yerdən başqa sivilizasiyanın nümayəndələrinə xidmət göstərən hərbi baza mövcuddur.

Xəbər lenti
0