03:07 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
DÜNYA
Qısa URL
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)
71 0 0

Nihad Avad: "Heç bir yerə getmirik. Bizi susdurub sosial həyatdan kənarlaşdırmalarına imkan verməyəcəyik"

BAKI, 10 noy — Sputnik. Birləşmiş Ştatların ən böyük müsəlman qeyri-hökumət təşkilatı Amerika-İslam Əlaqələri Şurası (CAIR), ölkənin yeni seçilən prezidenti Donald Trampdan, digərlərinə olduğu kimi ABŞ-da yaşayan müsəlmanlara da hörmət göstərməsini istəyib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu barədə şuranın rəhbəri Nihad Avad jurnalistlərlə görüşündə deyib.

Donald Trampı prezident seçilməsi münasibətilə təbrik edən N. Avad, yeni dövlət başçısından ölkədə yaşayan bütün insanlara bərabər davranmağı xahiş edib: "Amerikalı müsəlmanlar bu ölkədə qalmağa davam edəcəklər. Heç bir yerə getmirik. Bizi susdurub sosial həyatdan kənarlaşdırmalarına imkan verməyəcəyik. Seçkidə kimin qalib gəlməyindən, kimin uduzmasından asılı olmayaraq amerikalı müsəlmanlar bu ölkədə yaşamağa davam edəcəklər. Müsəlman cəmiyyətimiz bütün amerikalıların hüquqlarını və azadlıqlarını müdafiə etməkdə ən ön sırada olacaq".

Şura rəhbəri, ABŞ-da yaşayan, ancaq Donald Trampın prezident seçilməsindən sonra narahat olmağa başlayan müsəlmanlara da səslənib: "Sizlər də digər bütün amerikalılar kimi eyni haqqa sahibsiniz və eyni məsuliyyətləri daşıyırsınız".

Qeyd edək ki, ABŞ-ın 58-ci prezidenti seçilən Respublikaçı Donald Tramp seçki kampaniyası ərəfəsində dəfələrlə müsəlmanları hədəf alan çıxışları ilə yadda qalıb. O, qalib gələcəyi halda Amerikaya müsəlman miqrant almağı dayandıracaqlarını söyləmişdi.

Mövzu:
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)

Əlaqədar

Dövlət Departamenti: "ABŞ-ın xarici siyasəti dəyişməyəcək"
Trampın qələbəsi erməni lobbisinin planlarını alt-üst edib
Donald Trampın prezident seçilməsi dünya liderlərini şoka salıb
Donald Tramp ABŞ prezidenti seçildi
Deputat: ABŞ-ın xarici siyasətini prezidentdən daha çox pul verənlər müəyyən edir
Teqlər:
CAIR, Amerika-İslam Əlaqələri Şurası, Donald Tramp, Birləşmiş Ştatlar, ABŞ

Əsas mövzular