"PKK-ya ən çox yardımı Almaniya edir"

© AFP 2023 / CYRIL NDEGEYAMövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Biz alman hökumətindən PKK terror təşkilatının 4 min üzvünü istədik. Amma heç bir nəfərini ala bilmədik"

BAKI, 8 noy — Sputnik. "Türkiyədə fəaliyyət göstərən terrorçulara ən çox Almaniya dəstək verir". Sputnik SABAH-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

"Biz alman hökumətindən PKK terror təşkilatının 4 min üzvünü istədik. Amma heç bir nəfərini ala bilmədik. PKK Almaniyanın hər şəhərində Türkiyədə terror törətmək üçün pul toplayır. Və maraqlısı odur ki, PKK-lı terrorçular sığınacaq üçün, məhz Almaniyanı seçirlər", — nazir bildirib.

Çavuşoğlu, problemin həlli üçün ikitərəfli diplomatik danışıqların vacibliyini vurğulayıb.

Xəbər lenti
0