07:16 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
4084

Alimlər apardıqları araşdırmalar nəticəsində inanılmaz nəticələr əldə edilib

BAKI, 8 noy — Sputnik. "British Journal" üçün növbəti tədqiqat həyata keçirən psixoloqlar (Normal Li və Satosi Kanadzava) aşkar ediblər ki, ağıllı insanlar hər zaman ünsiyyətdən məyus olurlar. Sputnik-in Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, 18-28 yaşlı insanlar üzərində aparılan uzunmüddətli araşdırmalar bu nəticəyə gətirib ki, onların sosial dairəsi kifayət qədər genişdir.

"Onlar başqaları ilə ünsiyyətdə olarkən özlərini çox xoşbəxt hiss edir, vaxtlarının necə gəlib keçdiyini bilmirlər. Çünki bu yaşda olanlar ətrafda baş verənlərə çox vaxt ciddi yanaşmır, başqalarının hərəkətlərinə dərindən fikir vermirlər. Onlar üçün əsas olan ünsiyyətdir, qalanların isə elə də əhəmiyyəti yoxdur", — araşdırmanın nəticəsində belə qənaətə gəlinib.

Amma tədqiqatlar göstərib ki, intellektual insanlar dostluq münasibətlərindən o qədər də həzz almırlar: "Çünki, ağıllı insanların həmişə həyatdan müəyyən narazılıqları olur. Onların yanaşması belədir ki, ətrafdakı bütün neqativ halları düşüncəsi, ağlı olmayan insanlar yaradırlar. Əgər ağıllılar belə çoxdursa, onda niyə ətrafda bu qədər neqativlər var?!".

Mövcud nəzəriyyəyə görə, bunun əsas səbəbi odur ki, ağıllı insanlar uzunmüddətli layihələr barədə daha çox düşünür, diqqətlərini onlara yönəldir və ətrafla ünsiyyət onların diqqətini əsas hədəflərindən yayındırır: "Onlar ağıllı bir şey əldə edə bilməyəcəkləri ünsiyyətə vaxt itkisi kimi baxır və onu axmaqlıq hesab edirlər".

Britaniyalı psixoloqların gəldiyi nəticəyə görə, ağıllı adamların ünsiyyət üçün kifayət qədər vaxtları yoxdur: "Daha yaxşı həyata daha sürətlə adaptasiya etmək üçün lazımsız ünsiyyətə vaxt sərf etmək əbəsdir. Bəlkə də az dostla və məhdud dairədə vaxt keçirmək daha yaxşıdır. Ağıllı adamların ən yaxşı dostları onların ideya və düşüncələridir. Onlar, adətən fikirlərini ideyalarının gerçəkləşməsinə konsentrə edirlər və onlara elə gəlir ki, əgər başqaları ilə ünsiyyətə vaxt sərf etsələr, hər şey alt-üst olacaq, ideyaların sistemliliyi pozulacaq".

Əlaqədar

Əsərləri ilə insanları valeh edən usta
İnsanın yaddaşını dəyişdirmək mümkün olacaq
Ömrün müddəti insanın intellektindən asılıdır
Onlar olmasa, insan ömrü 10 ilin altına düşər
İnsanların niyə məhz beşbarmaqlı olmasına aydınlıq gətirildi
Teqlər:
intellekt, insan, ağıl, Satosi Kanadzava, Normal Li, "British Journal"

Əsas mövzular