Suriyanın şimalında daha 6 kənd İŞİD-dən təmizləndi

© REUTERS / Umit Bektas/File PhotoTürkiyə Silahlı Qüvvələri
Türkiyə Silahlı Qüvvələri - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçulardan təmizlənən 6 kəndə hazırda Azad Suriya ordusunun əsgərləri nəzarət edir.

BAKI, 3 noy – Sputnik. “Suriyanın şimalında daha 6 yaşayış məntəqəsi İŞİD-dən təmizləndi”.

Sputnik “Türkiye Gazetesi”-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah rəisliyi məlumat yayıb. 

“Suriyada başladılan “Fərat qalxanı” antiterror əməliyyatı nəticəsində daha 6 kənd İŞİD terror təşkilatından azad edilib”, — Türkiyə Silahlı Qüvvələrinin bəyanatında qeyd olunur.

Qeyd edək ki, terrorçulardan təmizlənən 6 kəndə hazırda Azad Suriya ordusunun əsgərləri nəzarət edir. 

Xəbər lenti
0