Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

FED dekabrda uçot dərəcəsini qaldıracaq

© AFP 2023 / Karen BLEIERABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina - Sputnik Azərbaycan
Abunə olmaq
FED-in Federal Açıq Bazar Komitəsinin bugünkü toplantısında faiz artımına getməsi ehtimalı 16 faiz təşkil edir.

BAKI, 2 noy-Sputnik. ABŞ Mərkəzi Bankının (FED) dekabr ayında uçot dərəcəsini artıracağı ehtimalı 70 faiz ilə iyun ayından bəri ən yüksək səviyyəsinə çatıb.

Sputnik bloomberght-ə istinadla xəbər verir ki, FED müddətli müqavilələrinə görə, FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün pul siyasəti toplantısında faiz artımına getməsi ehtimalı 16 faiz təşkil edir.

Digər tərəfdən, müddətli müqavilələrə görə səlahiyyətlilərin 2016-ci ilin sonuna qədər faiz artımına getmə ehtimalı, iyun ayından bu yana ən yüksək, təxminən 70 faiz səviyyəsinə çatıb.

FOMC-nin bu il 13-14 dekabr tarixlərində daha bir toplantısı olacaq.

Xəbər lenti
0