05:56 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
DÜNYA
Qısa URL
30110

Bu barәdә Müsəlman Məzarlarını Qoruma Komissiyasının sədri Mustafa Əbu Zəhra verdiyi açıqlamada bildirib.

BAKI, 2 noy – Sputnik. Şərqi Qüdsdəki 1400 illik "Bab’ul Rahmə" adlı müsəlman qəbiristanlığında yerləşən çox sayda qəbir İsrail Təbiət və Park İdarəsi əməkdaşları tәrәfindәn dağıdılıb. 

Bu barәdә Müsəlman Məzarlarını Qoruma Komissiyasının sədri Mustafa Əbu Zəhra verdiyi açıqlamada bildirib.

Mustafa Əbu Zəhra: ‘‘İsrail qüvvələrinin himayəsində "Bab’ul Rahmə" qəbiristanlığına girən İsrail Təbiət və Park İdarəsi əməkdaşları burada olan çoxsaylı qəbiri dağıtdı" dedi.

Əbu Zəhra "Babul Rahmə"nin vəqf ərazisi üzərində qurulmuş yüzlərlə fələstinlinin dəfn olunduğu təxminən min 400 illik tarixə malik müsəlman qəbiristanlığı olduğunu vurğuladı.

İsrailli rəsmilərin sökülməsinə səbəb olaraq "park ərazisi daxilində qalması" iddiasında olduğunu dilə gətirən Əbu Zəhra "Onlar dağıtdıqları məzarların park ərazisində olduğunu iddia edir. Ancaq "Bab'ul Rahmə" qəbiristanlığı vəqf ərazisidir və müsəlmanlara aiddir"  deyə qeyd etdi.

Əsas mövzular