17:23 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
467811

Ekspertlər Madaninin gedişini onun bu yaxınlarda Misir prezidenti Əbdül Fəttah əs-Sisinin ünvanına səsləndirdiyi zarafat ilə əlaqələndirirlər.

BAKI, 1 noy – Sputnik. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad Madani istefa verib.

Sputnik Daily Sabah-a istinadən xəbər verir ki, bu barədə Misir mediası məlumat yayıb.

Bəzi ekspertlər Madaninin gedişini onun bu yaxınlarda Misir prezidenti Əbdül Fəttah əs-Sisinin ünvanına səsləndirdiyi zarafat ilə əlaqələndirirlər. Lakin bir çox politoloq isə tamam fərqli düşünür. Onlar iddia edir ki, Suriya, İraq və Yəməndə davam edən müharibələr İƏT-ə üzv ölkələrin mövqelərində uyuşmazlıq yaradıb. Bu da sədri çıxılmaz vəziyyətdə qoyaraq, onun istefasına səbəb olub. 

Mövzunu Sputnik üçün dəyərləndirən politoloq Fikrət Sadıxov hesab edir ki, İyad Madaninin istefasının obyektiv və ya subyektiv səbəbləri ola bilər: 

“İslam Əməkdaşlıq təşkilatı çox böyük beynəlxalq təşkilatdır. Nüfuzu kifayət qədər yüksəkdir. İƏT-in baş katibinin istefa verməsi düşünmürəm ki, təşkilatın nüfuzuna zərbə vursun, yaxud da hörmətini aşağı salsın. Kadr dəyişikliyi bütün təşkilatlarda baş verir. Kiminsə müddəti qurtarır, o biri istefa verir. Səbəblər müxtəlifdir, obyektiv də ola bilər, subyektiv də. Ancaq bu heç də o demək deyil ki, bu təşkilatın fəaliyyəti dayanacaq və bundan sonra təşkilat hansısa işlərlə məşğul olmayacaq”. 

Fikrət Sadıxov daha sonra bunları deyib: “Aydın məsələdir ki, Yaxın Şərqdə, ümumilikdə İslam aləmində vəziyyət olduqca mürəkkəbdir. Və bu təşkilatı idarə etmək üçün bir sıra incəlikləri nəzərə almaq lazımdır. Bu qurumda obyektiv yanaşma tələb olunan bir vəziyyət yaranıb. İyad Madaninin əvəzinə layiqli şəxsin seçiləcəyinə şübhə etmirəm. İƏT-in fəaliyyəti bundan sonra da uğurla davam edəcək”. 

Politoloq İƏT-in Azərbaycana yaxın nüfuzlu beynəlxalq təşkilat olduğunu və rəsmi Bakının maraqlarına xidmət edən bir sıra qətnamələr qəbul etdiyini də yada salıb. 

İyad Madaninin istefasını türkiyəli jurnalist-yazar Yılmaz Altınsoy da Sputnik-ə dəyərləndirib. Y.Altınsoya görə bu istefanın arxasında ciddi səbəblər durur: “Açıq etiraf edilməsə də, İraq, Suriya və Yəmən böhranları İslam Əməkdaşlıq Təşkilatını da ikiyə bölüb. Xüsusilə İraq və İraqın digər ərəb ölkələri ilə zidd mövqe sərgiləməsi həm müharibələrin uzanmasına səbəb olur, həm də təşkilat yekun və yekdil qərarlar qəbul edə bilmir. İyad Madani də bu çıxılmaz vəziyyətdə qalmaqdansa istefa vermək yolunu seçib. Onun yerinə kimin gəlməsindən asılı olmayaraq, təşkilatın yekdil fəaliyyət göstərməsi hələlik qısa zamanda mümkün görünmür”.

Əsas mövzular