02:03 25 Fevral 2018
Canlı yayım
Venesuela prezidenti Nikolas Maduro

Prezident müxalifətlə dialoq yolunu seçdi

© Sputnik / Ruslan Krivobok
DÜNYA
Qısa URL
2801

İqtidar-müxalifət görüşündə ölkənin xarici işlər naziri Delsi Rodriqes, Vatikan təmsilçisi Klaudion Çelli və İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes də iştirak edib.

BAKI, 31 okt – Sputnik. Venesuela prezidenti Nikolas Maduro müxalifət koalisiyasının “Demokratik birlik bloku”nun üzvləri ilə paytaxt Karakasda görüşüb.

Sputnik Press TV-yə istinadən xəbər verir ki, tərəflər görüşdən sonra ölkədəki böhranın sülh yolu ilə həll olunması üçün dialoqa başlaya bilər. İqtidar-müxalifət görüşündə ölkənin xarici işlər naziri Delsi Rodriqes, Vatikan təmsilçisi Klaudion Çelli və İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes də iştirak edib.

Maduro bildirib ki, dialoqun başlaması nəticəsində nifrət və qeyri-tolerantlığa son qoyaraq, sülhə nail olunacaq.

Teqlər:
sülh, dialoq, Demokratik birlik bloku, xarici işlər naziri Delsi Rodriqes, Vatikan təmsilçisi Klaudion Çelli, İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes, Venesuela prezidenti Nikolas Maduro, Karakas, İspaniya, Vatikan, Venesuela

Əsas mövzular