NASA Yeri hədəfə alan asteroid barədə məlumatları açıqladı

Abunə olmaq
Bu asteroidlər Yer kürəsindəki bir sıra şəhərləri məhv edə bilər.

BAKI, 31 okt-Sputnik. Nəhəng asteroid birbaşa Yerin üstünə uçur. Bu barədə NASA mütəxəssisləri tərəfindən yaradılmış “Scout” kosmik məkanı nəzarət sisteminin saytı məlumat yayıb.

Sputnik xarici mediaya istinadla xəbər verir ki, Havay adalarında quraşdırılmış teleskop oktyabrın 25-də 2016 UR36 asteroidini qeydə alıb. Müxtəlif qiymətləndirmələrə görə, onun diametri 5-25 metr arasındadır. 

Scout sistemi onun mümkün uçuş trayektoriyasını qeydə alıb. Bu hesablamaya görə, sözügedən asteroidin Yerlə toqquşacağı dəqiqdir. 

Bu asteroidin hərəkət trayektoriyasını müşahidə etmək üçün daha 3 teleskop onun gəldiyi istiqamətə yönəldilib. 2016 UR36 birbaşa Yerə doğru gəlir və 30 oktyabr saat 06:13-ə olan məlumata görə, onunla yer arasında cəmi 500 min km məsafə qalıb.  

Alimlərin sözlərinə görə, Scout sistemi asteroidin Yerlə toqquşma tezliyini qabaqcadan hesablamağa imkan verir. Həmin sistem hələlik təkmilləşmə mərhələsindədir və mütəxəssislərin sözlərinə görə, bu ilin sonuna qədər tamamilə təkmilləşdirilib qurtaracaq. 

ABŞ-da həmçinin iri asteroidləri axtaran Sentry sistemi quraşdırılıb. Bu sistem diametri 140 metrdən böyük olan asteroidləri izləyə bilir. Belə iri həcmli asteroidlərin Yerə düşməsi nəticəsində bir çox şəhərlər yerlə-yeksan ola bilər. 

Xəbər lenti
0