04:41 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
43910

Bu hadisəyə şahidlik etmək istəyən yerli və xarici turistlər məbədə axın edirlər

BAKI, 30 okt — Sputnik. Misir fironlarından İkinci Ramzesə məxsus məbəddə olan heykəl, yalnız fironun doğum və tacqoyma günləri olaraq qəbul edilən 22 oktyabr və 22 fevral tarixlərində Günəş işığı görür. Sputnik milliyet-ə istinadla xəbər verir ki, İkinci Ramsesin doğum gününü tam olaraq təyin etmək çətindir.

Əbu Simbel məbədindəki II Ramzesin heykəli
© AFP 2020 / MAHMOUD KHALED
Turistlər Misirdəki Əbu Simbel məbədində II Ramzesin heykəlinin üzərinə günəş şüalarının düşməsini müşahidə edirlər. 22 fevral 2014-cü il

Bununla belə, 22 oktyabrda fironun heykəlinin üzünə Günəş şüalarının düşməsi, qədim Misirdə əkinçilik mövsümünün başlanğıcının xəbərçisi kimi, 22 fevralda ikinci dəfə Günəş şüası düşməsi isə məhsul mövsümünün başlanğıcı kimi qəbul edilib.

Heykəlin üzərinə Günəş işığının düşmə anına şahidlik etmək istəyən yerli və xarici turistlər, həmin gün məbədə axın edirlər. Bu hadisə ildə iki dəfə gerçəkləşir və 20 dəqiqə davam edir. Bu il də oktyabrın 22-də eyni hadisə təkrarlanıb.

Əlaqədar

Qafqazın ən qədim məbədində azərbaycanlılar arzularının həyata keçəcəyinə inanırlar
Altında oğurlanmış tarix yatan məbəd
Musiqi məbədimizin əsasının qoyulduğu gün
Bu da son: məbədə girdilər
İŞİD daha bir tarixi məbədi məhv etdi
Teqlər:
gün işığı, İkinci Ramzes, firon, məbəd, Misir

Əsas mövzular