17:19 29 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
137610

İbrahim Kalın: "Artıq bu çevriliş cəhdinin arxasında kimin olduğuna dair şübhə qalmayıb"

BAKI, 28 okt — Sputnik. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın 15 iyuldakı çevriliş cəhdinin arxasında Fətullah Gülən şəbəkəsinin durduğuna dair şübhə qalmadığını deyib. Sputnik bu barədə Türkiyənin "Akşam" qəzetinə istinadən xəbər verir.

İbrahim Kalın Mərmərə Universiteti İlahiyyat fakültəsində keçirilən "15 iyul çevriliş cəhdi: mülki əhalinin həmrəyliyi" mövzusundakı simpoziumda çıxış edərək deyib ki, 15 iyul gecəsi nələr olduğunun unudulmaması üçün bir araya gəlmək vacibdir: "Bu çevrilişin qarşısını alanların əlində heç nə yox idi. Bizim xalqımız cəsurdur, əlində heç nə olmadan küçələrə axışdı. Bəlkə də dünyada başqa bir ölkədə azadlıq və demokratiya adına belə bir reaksiya görmək çətindir".

"Burada, əslində Türkiyədə mülki əhalinin nə qədər güclü olduğunu görmək mümkündür. Önəmli olan fakt insanların inamla və cəsur şəkildə küçələrə axışması oldu. Bəziləri həyatlarını bayraqları və vətənləri üçün fəda etdilər", — İ.Kalın qeyd edib.

Sözçü bildirib: "Artıq bu çevriliş cəhdinin arxasında Gülən şəbəkəsinin durduğuna dair şübhə yeri qalmayıb".

Əlaqədar

Nazir Fətullah Gülənin həbsi ilə əlaqədar ABŞ-a gedəcək
Baş Prokurorluğun şöbə rəisi "Gülən işi" ilə bağlı Türkiyədə olub
Fətullah Gülən şəbəkəsi ilə əlaqəli daha 21 nəfər həbs olundu
"Gülən prosesi" çərçivəsində 32 min nəfər həbs olunub
“Fətullah Gülən məsələsi ilin sonuna qədər həll olunar”
Avropa İttifaqı Fətullah Gülən şəbəkəsi barədə açıqlama verdi
Teqlər:
Mərmərə Universiteti, çevriliş cəhdi, Fətullah Gülən, İbrahim Kalın, Türkiyə

Əsas mövzular