15:49 20 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Mosul şəhəri uğrunda mübarizə (15)
33 0 0

Fransanın müdafiə naziri: "Beynəlxalq koalisiya ilə Türkiyənin ortaq hədəfi terror təşkilatını aradan qaldırmaqdır"

BAKI, 26 okt — Sputnik. İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi üçün aparılan əməliyyatlar davam edərkən, koalisiya ölkələrinin təmsilçiləri son bir həftə ərzində ikinci dəfə Fransada bir araya gәliblər. Sputnik Haberturk-ə istinadən bildirir ki, əməliyyata dəstək verən 13 ölkənin müdafiə nazirləri Mosuldan sonra Suriyanın Raqqa şəhərini də terrorçulardan azad etmәyi hәdәflәyirlər.

Fransanın Müdafiә naziri Jean-Yves Le Drian
© AP Photo / Thibault Camus
Fransanın Müdafiә naziri Jean-Yves Le Drian

Yığıncaqdan sonra verilәn açıqlamada əməliyyatın planlaşdırıldığı şəkildə davam etdiyi, ancaq tam qələbə üçün regiondakı əsas faktorlar və yerli müttəfiqlərlə əməkdaşlığın şərt olduğu vurğulanıb. Fransanın Müdafiә naziri Jean-Yves Le Drian və amerikalı hәmkarı Eşton Karter keçirdiklәri birgə mətbuat toplantısında Türkiyənin də İŞİD-lə mübarizədə koalisiyasının önəmli üzvü olduğunu deyiblər.

"Türkiyə İŞİD-ə qarşı mübarizə aparan koalisiyanın vacib üzvüdür. Beynəlxalq koalisiya ilə Türkiyənin ortaq hədəfi terror təşkilatını aradan qaldırmaqdır", — Fransanın müdafiə naziri bildirib.

Eşton Karter dә İraq və Suriyanı bu bәladan təmizləmək məcburiyyətində olduqlarını bildirib: "Müttәfiqimiz olan türk əsgərləri və yerli döyüşçülərlə sərhəd təhlükəsizliyini təmin edirik. Çünki İŞİD Türkiyənin də başına bәla olub və Türkiyə bu mübarizəyə xüsusi əhəmiyyət verir".

Mövzu:
Mosul şəhəri uğrunda mübarizə (15)

Əlaqədar

Türk F16-ları Mosul naminə hava əməliyyatına qoşulub
Jurnalistlərin Mosula girişi qadağan olundu
“Mosul nə amerikalılarındır, nə də iranlıların”
ABŞ Türkiyəni Mosul əməliyyatına cəlb etmək istəyir
"Mosul bizim mənəvi sərhədlərimiz daxilindədir"
Barak Obama: "Mosul əməliyyatı çətin olacaq"
Teqlər:
Mosul, Raqqa, İraq, Suriya, koalisiya, Fransa, Türkiyə, İŞİD

Əsas mövzular