21:21 23 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
51 0 0

Partlayışın baş vermə səbəbi hələlik tam bilinmir

BAKI, 25 okt — Sputnik. Türkiyənin Antalya şəhərində Ticarət və Sənaye Palatasının "Dairəvi yol" ərazisində yerləşən binada baş vermiş partlayışda 10 nəfər yaralanıb. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Son dəqiqə məlumatlarına görə, partlayışda on nəfər yaralanıb. Əraziyə xeyli sayda təcili tibbi yardım maşınları, yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Partlayışın baş vermə səbəbi hələlik tam bilinmir.

"Ola bilsin ki, partlayış qəza nəticəsində baş verib", — Antalyanın bələdiyyə sədri Menderes Türel açıqlama verib.

Onun sözlərinə görə, yaralanan şəxslərin həyatı üçün təhlükə yoxdur. M. Türel hadisənin terror olmadığı ehtimalını söyləyib. Araşdırmalar davam edir.

Əlaqədar

Bağdadda bir neçə partlayış baş verib
İstanbulda güclü partlayış olub, yaralılar var
ABŞ-da iki binada güclü partlayış baş verib
Nyu-Yorkda güclü partlayış baş verib
Xarici İşlər Nazirliyinin yanında partlayış baş verib
Göyçayda mənzildə partlayış baş verib, bir nəfər dünyasını dəyişib
Teqlər:
Antalya Ticarət və Sənaye Palatası, Təcili Tibbi Yardım, partlayış, Antalya, Türkiyə

Əsas mövzular