"Kurtlar Vadisi Darbe" filminə görə cinayət işi açıldı

© FlickrKurtlar Vadisi Dərbə
Kurtlar Vadisi Dərbə - Sputnik Azərbaycan
Abunə olmaq
"Pana Film" 15 iyul dövlət çevrilişinə cəhddə günahlandırılır

BAKI, 14 okt — Sputnik. Türkiyədə 15 iyul çevriliş cəhdindən əvvəl "Kurtlar Vadisi Darbe" ("Qurdlar Vadisi Çevriliş") markası üçün müraciət edən "Pana Film" şirkətinə qarşı iddia qaldırılıb. Sputnik-in məlumatına görə, şirkət çevriliş cəhdindən əvvəl çevriliş zamanı baş verən hadisələri filmin senarisində işıqlandırdığına görə istintaqa cəlb edilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı - Sputnik Azərbaycan
Türkiyədə çevriliş cəhdində iştirak edən hərbçilərin sayı açıqlandı

"Pana Film"in "Kurtlar Vadisi Darbe" adını qeydiyyatdan keçirmək üçün müraciət etdiyi Türkiyə Patent İnstitutu (TPİ) bu müraciəti rədd edib. TPİ çevriliş cəhdindən sonra prokurorluğa bu barədə məlumat verib. İnstitutun sədri, professor Habip Asan tərəfindən prokurorluğa göndərilən məktubda deyilir: "Məlum olduğu kimi, ölkəmizdə 15 iyul 2016-cı il gecəsi Fətullahçı Terror Təşkilatı tərəfindən Cümhuriyyətimizdəki demokratik konstitusion quruluşu silah və zor tətbiq etməklə dəyişdirməyə cəhd olmuşdu. "Kurtlar Vadisi Darbe" məzmunlu markanın qeydiyyatdan keçirilməsi üçün çevriliş təşəbbüsündən əvvəl İnstitutumuza müraciət edilib. Müraciətin çevriliş təşəbbüsündən əvvəl edildiyini və filmin senarisinin cinayət təşəbbüsünə sövq etdirdiyini nəzərə alaraq, "Pana Film" şirkətinin şübhəli şəxs qismində qeydə alınmasını zəruri hesab edirik".

© TwitterKurtlar Vadisi Dərbə
Kurtlar Vadisi Dərbə - Sputnik Azərbaycan
Kurtlar Vadisi Dərbə

TPİ-nin bu məktubu əsasında İstanbul Cümhuriyyət Baş Prokurorluğu bu günlərdə istintaqa başlayıb.

Qeyd edək ki, daha əvvəl də "Kurtlar Vadisi Darbe" filmi ilə 15 iyul çevrilişinə cəhd arasında paralellər aparmaq təşəbbüsləri olmuşdu. Bildirilirdi ki, əslində çevriliş cəhdinin senarisi ilə sözügedən filmin senarisi çox oxşardır. Hətta hər iki senari müəllifinin eyni şəxs və ya şəxslər olduğu da səslənən iddialar arasında idi.

Filmin yaradıcı heyəti və Polad Ələmdar obrazını canlandıran Nəcati Şaşmaz çevriliş cəhdindən dərhal sonra qanuni hökumətə dəstək nümayiş etdirmiş, "demokratiya növbəsi"ndə keşik çəkmişdilər. Onlar daha əvvəl iki senari arasında əlaqə olduğuna dair iddiaları da rədd etmişdilər.

Xəbər lenti
0