18:20 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
İraq bayrağı

İraq Türkiyəyə nota verdi

© politeka.net
DÜNYA
Qısa URL
İraq-Türkiyə gərginliyi (9)
118 0 0

Türkiyəli səfirə sərt üslubla yazılmış rəsmi nota təqdim olunub

BAKI, 13 okt — Sputnik. İraq hökuməti türk hərbçilərin Başika bölgəsində mövcudluğuna etiraz olaraq Türkiyəyə nota verib. Sputnik "Hurriyet"ə istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal açıqlama verib.

O, Türkiyə səfiri Kaymakcıya "sərt üslubla yazılmış rəsmi nota" verildiyini söyləyib. Camal, etiraz notasına səbəb kimi Başika yaxınlarındakı Türkiyə hərbçilərinin mövcudluğunu və bununla bağı türkiyəli rəsmilərin açıqlamalarını göstərib.

Keçən həftə də Türkiyə İraqın Ankaradakı səfiri Hişam Əli Əkbər İbrahim əl-Alevinin Xarici İşlər Nazirliyinə çağıraraq, şifahi və yazılı olaraq Ankaranın etirazını çatdırmışdı. Bunun üzərinə İraq Xarici İşlər Nazirliyi də Türkiyənin Bağdad səfirinin nazirliyə çağırılması qərarını almışdı. Ancaq Bağdad səfiri Faruk Kaymakçı Ankarada olduğu üçün İraqın diplomatik reaksiyası gecikmişdi.

Mövzu:
İraq-Türkiyə gərginliyi (9)

Əlaqədar

Vaşinqton: "İraqdakı Türkiyə əsgərləri beynəlxalq koalisiyanın tərkib hissəsi deyil"
Pentaqondan İraqdakı türk əsgərləri ilə bağlı açıqlama gəldi
İraq-Türkiyə gərginliyi pik həddə çatır
ABŞ: "Türk ordusunun İraqdakı varlığı qanunsuzdur"
Türkiyə ilə İraq arasında siyasi qalmaqal yaşanır
Türkiyə ordusu daha 13 ay İraq və Suriyada qalacaq
İraqın Baş naziri Türkiyənin ünvanına "od püskürdü"
Türkiyə ordusu İraq ərazisinə daxil olub
Teqlər:
nota, Faruk Kaymakçı, Əhməd Camal, Türkiyə, Başika, hərbçi, İraq

Əsas mövzular