03:08 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Con Kirbi

Vaşinqton: "İraqdakı Türkiyə əsgərləri beynəlxalq koalisiyanın tərkib hissəsi deyil"

© Flickr/ Chuck Hagel
DÜNYA
Qısa URL
İraq-Türkiyə gərginliyi (9)
32 0 0

Dövlət Departamentinin sözçüsü: "Bütün qonşu ölkələr İraqın ərazi bütövlüyünə hörmət göstərməlidir"

BAKI, 12 okt — Sputnik. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Vaşinqtonda təşkil etdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sputnik haberler-ə istinadla xəbər verir ki, bir jurnalist mətbuat konfransında, Türkiyə prezidenti Ərdoğanın Mosulun geri alması əməliyyatında türk əsgərlərinin iştirak edəcəyi və Ərdoğanın İraqın baş naziri əl-Abadiyə qarşı səsləndirdiyi ifadələrə Kirbinin münasibət bildirməsini istəyib.

"Bütün qonşu ölkələr İraqın ərazi bütövlüyünə hörmət göstərməlidir. Oradakı Türkiyə qoşunu beynəlxalq koalisiyanın tərkib hissəsi deyil", — Kirbi cavab verib.

Departament sözçüsü bildirib ki, Başikadakı vəziyyət İraq və Türkiyə hökumətlərinin həll etməsi lazım olan bir problemdir. ABŞ-ın Türkiyə ilə İraq arasındakı dialoqu dəstəklədiyini vurğulayan və Kirbi əlavə edib: "Bütün rəhbərlikləri öz ortaq düşmənləri və bizim ortaq düşmənimiz — İŞİD üzərində fokuslanmağa çağırırıq. Önümüzdəki günlərdə və həftələrdə bütün tərəflərin İŞİD-ə qarşı mübarizə üçün atacaqları addımları koordinasiya etmələrinin lazım olduğuna inanırıq".

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan "Başikadan çəkilin" deyən İraqın baş nazirinə "Sənin hay-küyünə ehtiyac yoxdur. Sən mənim səviyyəmdə olan adam deyilsən. Biz bildiyimizi edəcəyik" cavabını verib.

Mövzu:
İraq-Türkiyə gərginliyi (9)

Əlaqədar

Pentaqondan İraqdakı türk əsgərləri ilə bağlı açıqlama gəldi
İraq-Türkiyə gərginliyi pik həddə çatır
ABŞ: "Türk ordusunun İraqdakı varlığı qanunsuzdur"
Türkiyə ilə İraq arasında siyasi qalmaqal yaşanır
Türkiyə ordusu daha 13 ay İraq və Suriyada qalacaq
İraqın Baş naziri Türkiyənin ünvanına "od püskürdü"
Teqlər:
Mosul, Ərdoğan, Türkiyə, Vaşinqton, Con Kirbi, Dövlət Departamenti, ABŞ

Əsas mövzular