Babalarından qalma xəritənin izi ilə gedib xəzinə tapdılar

CC0 / timcgundert / goldQızıl sikkələrlə dolu küp, arxiv şəkli
Qızıl sikkələrlə dolu küp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İki almanın Polşada apardığı qazıntı zamanı heyrətamiz tapıntı ortaya çıxıb

BAKI, 6 okt — Sputnik. Almaniya vətəndaşları babalarından qalmış, 1952-ci ildə çəkilmiş xəritənin köməyi ilə Polşada xəzinə tapıblar. Sputnik informing-ə istinadla xəbər verir ki, bu qeyri-adi tarixi hadisə barədə məlumatı "Onet" portalı yayıb.

Адольф Гитлер - Sputnik Azərbaycan
Hitlerin xəzinəsi - I

Xəzinəni, xüsusilə onun dalınca Lyubomej şəhərinə gəlmiş Hamburqun iki sakini tapıb. Onların babaları nə vaxtsa bu şəhərdə yaşayıb. Oradan köçməmişdən qabaq o, qiymətli əşyalarını bağbanlıq etdiyi evin bağına gömüb.

"Şənbə günü şəhərə iki alman gəlib. Onlar özləri ilə 1952-ci ildə əllə çəkilmiş xəritə gətirmişdilər" — deyə şəhərin meri Veslav Julkovski jurnalistlərlə söhbətində bildirib.

Almaniyadan olan qonaqlar bir Lyubomej sakinindən bel xahiş ediblər. Xarici turistlərin bu xahişi polşalını şübhələndirib və o, tez polisə zəng edərək gəlmə şübhəlilərlə bağlı xəbər verib.

Almanlar hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşlarına öz məqsədlərini açıqlayıblar. Amma asayiş keçikçiləri onlara bildiriblər ki, belə bir qazıntı işini aparmaq üçün mütləq rəsmi icazə almaq lazımdır. Müvafiq idarə icazəsiz hər hansı qazıntı işlərini aparmağı qadağan edir.

Belə olan təqdirdə, xarici qonaqlar lazımi sənədi alıblar. Polis onlarla birlikdə qazıntının aparılacağı yerə gəlib. Almanları xəbərdar ediblər ki, onlar özlərinin hesab etdiyi ailə sərvətinin izi ilə gəlmələrinə baxmayaraq, bu sərvət Polşa xəzinəsinə məxsusdur.

Babalarının xəritədə göstərdiyi yerdə hamburqlular həqiqətən də əsl xəzinə tapıblar. Amma almanlar bu qiymətli əşyaları özləri ilə götürə bilməyiblər, çünki Polşa qanunlarına görə, bu ölkənin ərazisində tapılmış xəzinə dövlətə məxsusdur.

"Torpağın altında iki çatlamış saxsı kuzə tapıldı. Onların içində saatlar, XIX əsrdən qalmış sikkələr, sırğalar, boyunbağlar, qolbağlar, üzüklər və 1935-ci ilə aid papiros qabı vardı" — deyə Julkovski bildirib.

Tapılmış qiymətli əşyalar dərhal ekspertizaya göndərilib. Əgər bu əşyaların tarixi dəyərinin olduğu sübut edilməsə, onlar xəritə müəllifinin varislərinə veriləcək. Əks təqdirdə onlar şəhər muzeyinə təqdim ediləcək.

Xəbər lenti
0