Səudiyyə Ərəbistanının qərarı müsəlman ölkələrini qəzəbləndirib

© AP Photo / Saudi Press AgencySəudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz
Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz - Sputnik Azərbaycan
Abunə olmaq
Mehmet Uzuner: "Daha əvvəl Ümrəyə getmiş bir vətəndaş, bu gün yenidən Ümrəyə getmək üçün müraciəti edəcəyi təqdirdə, gediş-gəliş xərcindən əlavə 540 dollar da ödəməli olacaq"

BAKI, 5 okt — Sputnik. Türkiyənin "Həcc və Ümrə Səyahət Agentləri Dərnəyi"nin üzvü olan turizm sektorunda çalışanlar Səudiyyə Ərəbistanı hökumətinin, Ümrəyə ilk ziyarət istisna olmaqla, gələn müsəlmanlardan 540 dollar əlavə pul istəməsinə reaksiya verib. Sputnik hurriyet-ə istinadla xəbər verir ki, Dərnəyin rəhbəri Mehmet Uzuner bu yeniliyi tənqid edib.

Həcc ziyarəti - Sputnik Azərbaycan
Həcc ziyarətindən 30 milyard dollar qazanacaqlar

"1000 dollardan başlayan Ümrə ziyarətinin təşkili üçün bu əlavə ödənişin tələb edilməsi ziyarətçilərə sıxıntıya salacaq. Bu, həm bizə, həm də bütün İslam aləmində Kəbəni görmək eşqiylə yola çıxacaq insanlara mənfi təsir edir", — Uzuner qeyd edib.

Onun sözlərinə görə, hazırda Ümrə ziyarətinə getmək üçün müraciət edənlərin sayında ciddi azalma yaşanır: "Qərarın yenidən nəzərdən keçirilməsini və dəyişdirilməsini tələb edirik. Ümrə ziyarətinə daha əvvəl gedənlərdən hər hansı bir ödənişin alınmamasını istəyirik".

Misir və İordaniya hökumətlərinin də qərara ciddi reaksiya göstərdiklərini və vətəndaşlarının Ümrəyə getməməsi istiqamətində qərar qəbul etdiklərini söyləyən Uzuner, ciddi narahatlıq içində olduqlarını deyib: "Din İşləri Nazirliyi də bu işdən xəbərdardır. İnşallah, onlar da üzərinə düşən vəzifəni həyata keçirəcəklər".

"Səudiyyənin yeni qərarına görə, daha əvvəl Ümrəyə getmiş bir vətəndaş, bu gün yenidən Ümrəyə getmək üçün müraciəti edəcəyi təqdirdə, gediş-gəliş xərcindən əlavə 540 dollar da ödəməli olacaq. Bizə müraciət edən insanların 80 faizi bir dəfədən artıq Ümrə ziyarətinə gedənlərdir. Antalyanı, Bodrumu sevənlər olduğu kimi, Məkkəni və Mədinəni sevənlər də var. Bu insanlar da tətillərini ibadət məqsədiylə burada keçirmək istəyirlər", — Uzuner vurğulayıb.

O, əlavə edib ki, istənilən əlavə ödəniş ziyarətə gələnlərin sıxlığını azaltmaq deyil, Səudiyyə Ərəbistanının iqtisadiyyatına əlavə gəlir mənbəyi yaratmaq məqsədi daşıyır.

Xəbər lenti
0