"Taliban" yenidən fəallaşır

© AFP 2023 / WAKIL KOHSAR"Taliban" terrorçuları
Taliban terrorçuları - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçular Kunduz şəhərini və yaxınlıqdakı Navabad kəndini ələ keçiriblər

BAKI, 3 okt — Sputnik. "Taliban" silahlıları Əfqanıstanın şimalındakı Kunduz şəhərinə ani hücuma keçiblər. Sputnik Rusiya NTV-sinə istinadən xəbər verir ki, "taliblər" artıq dünən gecə saatlarında şəhərin nəzarətini tam ələ keçiriblər.

Polisin açıqlamasına görə, Kunduz şəhərində döyüşlər indiyə qədər davam edir. Əhali şəhərdən boşaldılıb, küçələrdə heç kim yoxdur və bütün mağazalar bağlanılıb. "Taliban" təşkilatı Kunduz şəhərindən başqa yaxınlıqdakı Navabad kəndini də ələ keçirdiklərini bildirib.

Xəbər lenti
0