15:35 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
26 0 0

Qəzza blokadasını yarmaq istəyən gəmilər yola çıxıb

BAKI, 28 sen — Sputnik. Fələstinli qadın millət vəkilləri İspaniyadan Qəzza zolağına getmək məqsədi ilə hərəkət edən və sadəcə qadınlardan ibarət "Zaytouna" və "Amal" ("Zeytun" və "Ümid") adlı gəmilərə beynəlxalq mühafizə və dəstək üçün çağırış ediblər. Sputnik bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

HƏMAS hərəkatına mənsub bir qrup millət vəkilinin yayımladığı ortaq açıqlamada bildirilib ki, Qəzza blokadasını yarmaq məqsədilə yola çıxan, 4-cü Azadlıq karvanına məxsus iki gəmiyə beynəlxalq mühafizə təmin edilməli və həm media sahəsində, həm də hüquq çərçivəsində dəstək olunmalıdır.

"İsrail bütün beynəlxalq qanun və normalara zidd rəftar edir və insanların hüquqlarını tapdalayır", — deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, sentyabrın 23-də İspaniyadan yola düşən və içərisində qadınların olduğu "Zeytun" adlı gəmi artıq Qəzzadan öncəki son dayanacaq olan İtaliyanın Sicilya adasındakı Mesinna şəhərinə çatıb. Gəmilərin oktyabr ayının ilk həftəsində Qəzzaya çatacağı gözlənilir. Hələlik İsrail hökuməti məsələyə reaksiya verməyib.

Əlaqədar

Qəzzada qədim türk pulu tapılıb
İsrail yenidən Qəzzanı bombaladı
İsrail Qəzzaya humanitar yardım aparan İsveç gəmilərinə müdaxilə etdi
İsrail yenidən Qəzzaya zərbələr endirib
Teqlər:
blokada, Qəzza, gəmi, Fələstin, yardım, İspaniya

Əsas mövzular