01:12 22 Oktyabr 2017
Canlı yayım
ABŞ hərbçiləri

Avropa əhalisi ABŞ hərbi bazalarına etibar etmir

© Sputnik / Владимир Пирогов
DÜNYA
Qısa URL
14 0 0

Avropalıların əksəriyyəti hesab edir ki, ölkələrinin müdafiəsini milli orduları daha yaxşı təmin edə bilər, nəinki xarici hərbi bazalar

BAKI, 27 sen — Sputnik. Sputnik.Rəy sorğusunun nəticələrinə görə, Avropa ölkələrinin əhalisi milli müdafiə məsələlərində xarici hərbi bazalara etibar etmir. Belə ki, Almaniyada sakinlərin yalnız 4%-i, İtaliyada isə 5%-i xarici hərbi bazaların ölkəni milli ordudan daha yaxşı müdafiə edəcəyini düşünür.

Bu məlumatlar Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə Ifop araşdırma şirkəti tərəfindən aparılmış sorğu nəticəsində əldə edilib. ABŞ-ın Müdafiə Nazirliyinin 2015-ci il üzrə hesabatında Birləşmiş Ştatlar hüdudlarından kənarda 587 hərbi obyekt yerləşir.

Avropada ən çox hərbi obyekt Almaniyada yerləşir. Bundan başqa İtaliyada ABŞ-ın ordusu və Hərbi Dəniz Qüvvələri xeyli sayda təmsil olunub.

"Ölkənizin müdafiəsini kim daha yaxşı təmin edər?" sualına almaniyalıların 38%-i və italiyalıların 34%-i "milli ordu xarici hərbi bazalar olmadan" cavabını verib.

Bununla bərabər, Almaniyada sakinlərin 37%-i, İtaliyada isə 34%-i düşünür ki, bunu milli ordu və xarici hərbi baza birlikdə daha yaxşı edə bilər. Suala cavab verməyə çətinlik çəkənlər Almaniyada 21%, İtaliyada 27% təşkil edib.

Sorğu Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə Fransanın qocaman sorğu şirkəti olan IFop tərəfindən 28 iyun — 4 iyul tarixlərində Almaniya və İtaliyada keçirilib. Sorğuda Almaniyada 1004 nəfər, İtaliyada isə 1002 nəfər iştirak edib. Etibarlılıq 95% olmaqla, ölkə üzrə maksimal səhv göstəricisi 3,1%-dir.

Sputnik.Rəy layihəsi haqda

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və Ifop çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Əlaqədar

Türkiyənin Azərbaycanda hərbi baza yaratması mümkündürmü?
Türkiyə ABŞ-ın İncirlikdəki hərbi bazasını bağladı
Türkiyə iki ölkədə hərbi baza yaradır
"Rusiya Türkiyə sərhədində yeni hərbi baza yaradır"
Türkiyə Ukraynada hərbi baza yaradacaq
Teqlər:
Sputnik.Rəy, müdafiə, sorğu, hərbi baza, Avropa, ABŞ

Əsas mövzular