"Ölkəmizi Osmanlıdan xilas etdiyiniz üçün sizə borcluyuq"

© faktxeber.comBenyamin Netanyahu
Benyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin baş naziri Avstraliyaya təşəkkür edib: "Bu, böyük bir hadisə idi"

BAKI, 26 sen — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu Avstraliyanın baş nazirinə təşəkkür edib. O, Birinci Dünya Müharibəsi zamanı Fələstin torpaqlarının Avstraliya ordusunun yardımı ilə Osmanlı hakimiyyətindən çıxdığını qeyd edərək, bu ölkənin baş nazirinə təşəkkür edib.

Benyamin Netanyahu Fələstin ərazisini nəzərdə tutaraq "Ölkəmizi Osmanlılardan xilas etdiyiniz üçün sizə borcluyuq. Bu böyük bir hadisə idi. Hesab edirəm ki, tarixdəki son süvari hücumu bu idi" deyib.

Sputnik xəbər verir ki, baş nazir bu ifadələri Avstraliyalı həmkarı Malkolm Turnbull ilə görüşü zamanı söyləyib.

Xəbər lenti
0