21:16 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
80 0 0

Mahmud Abbas İsraili müstəmləkəçilik və təcavüzkarlıqda ittiham edib. Binyamin Netanyahu isə məsələnin kökündə başqa problem dayandığını bildirib.

BAKI, 23 sen — Sputnik. BMT-nin 71-ci Baş Assambleyasının yığıncağı Fələstin prezidenti Mahmud Abbas ilə İsrail Baş naziri Binyamin Netanyahu arasında söz duelinə səhnə olub. Mahmud Abbas bildirib ki, işğal altındakı torpaqlarda olan yəhudi yaşayış məntəqələri iki dövlətli həll yoluna olan ümidləri öldürür.

Sputnik-in xəbərinə görə, Fələstin lideri deyib ki, İsrailin yəhudi yaşayış məntəqələrini genişlətmə planları, 1967-ci ildən öncəki sərhədlər çərçivəsində iki dövlətli həll planına zərbə vurur və o planı məhv edir: "Yəhudi sakinlər sanki bir terror qrupu kimi hərəkət edirlər. Fələstinli ailələrə hücumlar olur. Təhlükəsizlik Şurasında yəhudi sakinlərin törətdiyi terroru və yaşayış məntəqələri haqqında qərar qəbul etdirmək üçün bütün gücümüzü ortaya qoyacağıq".

Fələstin prezidenti çıxışında İsraili fələstinlilərə qarşı etnik təmizləmə aparmaqda günahlandırıb və Fələstin xalqının müvəqqəti həll yollarını qəbul etməyəcəyini bildirib. İsraili müstəmləkəçilik və təcavüzkarlıqda günahlandıran Mahmud Abbas deyib: "İsrail gerçəkdən sülh istəyirmi? Tətbiq etdiyi siyasətdən əl çəkməyə hazırdırmı? Bu ölkə atəşlə oynayır. Bunun axırı nə olacaq, məlum deyil".

M. Abbas Fələstin torpaqlarında yəhudilərə bir dövlət vəd edən "Balfour bəyannaməsi"nin üzərindən, təqribən 100 il ötdüyünü xatırladaraq, bununla bağlı Britaniyanı Fələstin xalqından üzr istəməyə çağırıb.

İsrailin Baş naziri Binyamin Netanyahu isə Abbasın "əslində sülh istəmirlər, tək dövlət istəyirlər" barədəki ittihamı qarşısında Fələstin liderini İsrail parlamentində çıxış etməyə dəvət edib. Netanyahu özünün də Fələstin parlamentində çıxış edə biləcəyini söyləyib.

Yəhudi yaşayış mərkəzlərinə dair ittihamlara ötəri cavab verən Netanyahu "fələstinlilərlə aramızda olan əsas məsələ bu deyil" bildirib.

Əlaqədar

Araz Əzimov İsrail və Fələstinə səfər edib
Yunanıstan Fələstinin müstəqilliyini tanıdı
Fələstindən İsrailə tarixi çağırış
Fələstin prezidenti Misirə hansı səbəblə gedir?
Teqlər:
Mahmud Abbas, BMT Baş Assambleyası, Fələstin, İsrail, Binyamin Netanyahu, BMT

Əsas mövzular

  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    21
  • Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

    Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar

    407
  • Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb

    1256